Accessibility links

Vəkil: Möhyəddin Orucovun işi üzrə istintaq hərəkətləri yerinə yetirilmir


Möhyəddin Orucov
Möhyəddin Orucov

İyunun 24-də Bakı Apellyasiya Məhkəməsində İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun həbs qətimkan tədbirinin uzadılmasından verilmiş şikayətə baxılıb. Bu ilin iyun ayında fəalın həbs qətimkan tədbiri daha 1 ay uzadılıb, şikayət də həmin qərardan verilib. Vəkil Nazim Musayevin məlumatına görə apellyasiya şikayəti təmin edilməyib.

"Baxmayaraq ki, onun həbsdə saxlanılması üçün heç bir əsaslar yoxdur. Yeganə əsas məhkəmənin qərarıdır. Hüquqi, sübutlar baxımından isə əsas yoxdur", deyə vəkil qeyd edib.

Vəkilin sözlərinə görə heç bir sübut olmadan şəxsi həbsdə tutmaq onu girovda saxlamaq kimidir.

"Orucov yeddinci aydır ki, həbsdə olsa da istintaqı aparan Suraxanı Rayon Polis İdarəsi və prosessual rəhbərliyi həyata keçirən həmin rayonun prokurorluğu onun "törətdiyi cinayəti" sübuta yetirmək üçün bu aylar ərzində hər hansı istintaq hərəkətlərinin aparılmasını təmin etməyib. Müraciət olunmayan yer də qalmayıb. Heç müraciətlərə cavab verilmir. Hansı dövrdə, hansı məkanda və hansı quruluşda yaşayırıq?"o deyib.

Məsələ ilə bağlı aidiyyəti qurumlardan mövqe almaq mümkün olmayıb.

Möhyəddin Orucov ötən il dekabrın 13-də saxlanılıb.

Suraxanı Rayon Məhkəməsi Möhyəddin Orucova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib.

Bundan əvvəl də ictimai fəal 2023-cü ilin oktyabrın 18-də inzibati həbs cəzası almışdı. O, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində işgəncəyə məruz qaldığını bildirib.

Həmin dövrdə Möhyəddin Orucov Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs cəzası alıb və 200 manat cərimə olunub.

İşçi Masasının İdarə Heyəti üzvü Ayxan İsrafilov isə ötən ilin avqust ayında həbs olunub.

Ayxan İsrafilov Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - külli miqdarda törədildikdə) maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Bu ilin yanvar ayında İşçi Masasının digər üzvü Elvin Mustafayev də Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

2023-cü ilin vqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb. Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz olaraq aksiya keçirib. Elvin Mustafayev aksiyanın təşkilatçılarından biri olub.

İşçi Masasının sədri Afiəddin Məmmədov isə ötən il sentyabrın 20-də həbs olunub. O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq- silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham olunurdusa, indi Məmməddov Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3 (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunur. İttihamlar sübut olunarsa Məmmədovu 6 ildən 11 ilədək həbs gözləyir.

Fəallar ittihamları qəbul etmir və həbslərini siyasi fəaliyyətləri ilə əlaqələndirirlər.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG