Accessibility links

Dağıstanda sinaqoq və kilsəyə hücum edilib


Son məlumatlara görə, Rusiyanın cənubi Dağıstan respublikasında silahlıların koordinasiyalı hücumları nəticəsində azı altı hüquq-mühafizə işçisi və bir keşiş həlak olub.

Dərbənd şəhərində kilsə və sinaqoqda, Mahaçqala şəhərində isə sinaqoq və polis nəqliyyat dayanacağında törədilmiş hücumlar barədə məlumat verilib. Regional hakimiyyət orqanları 12 hüquq-mühafizə işçisinin də yaralandığını bildirir. İtki və yaralıların hansı şəhərdə qeydə alındığı dəqiq məlum deyil. İki şəhər arasında məsafə təxminən 120 km təşkil edir.

Hücumların ardınca iki militant da öldürülüb. Bu barədə bazar günü Rusiya dövlətinə məxsus "RİA Novosti" xəbər agentliyi Dağıstanın Daxili İşlər Nazirliyinə istinadən xəbər yayıb.

Dağıstan İctimai Nəzarət Komissiyasının sədri Şamil Xadulaevin verdiyi məlumata görə, Dərbənddəki kilsəyə hücum zamanı keşiş həlak olub.

O, həmçinin bildirib ki, kilsədə yalnız tapança ilə silahlanmış mühafizəçi güllələnib. Xadulaevin sözlərinə görə, əlavə sayda keşişlər içəridə qapını qıfıllayıblar və kömək gözləyirlər.

Bu arada yayılan fotolar Dərbənddəki sinaqoqda böyük alov və qatı tüstünün tikilinin ən azı bir mərtəbəsindəki pəncərələrdən səmaya ucaldığını göstərib.

İsrail xarici işlər nazirliyi sinaqoqlara qarşı "kombinasiyalı hücum" təşkil olunduğunu bildirib.

"Dərbənddəki sinaqoq tamamilə yandırılıb. Yerli mühafizəçilər öldürülüb. Mahaçqaladakı sinaqoqa odlu silahla hücum edilib. Daha ətraflı məlumat yoxdur," - xarici işlər nazirliyinin bəyanatında deyilir.

Səfirlik sinaqoqlara hücum zamanı binalarda ibadətçilərin olmadığı üzündən yəhudi icmasının üzvlərinin xəsarət alması haqda məlumat olmadığını əlavə edib.

Forum

XS
SM
MD
LG