Accessibility links

Sosial mediada tənqidi paylaşım edən Təbriz sakini 8 ay həbs cəzası alıb


Təbriz, Şərqi Azərbaycan Həbsxanaları İdarəsi
Təbriz, Şərqi Azərbaycan Həbsxanaları İdarəsi

Təbriz şəhər sakini Hüseyn Nikasa 8 aylıq həbs cəzasını çəkmək üçün Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi bu barədə məlumat yayıb. Həmçinin siyasi məhbus Salar Tahir Əfşarın bacısı Sevda Tahir Əfşar sosial media hesabında bu barədə məlumat paylaşıb.

Bu xəbərə əsasən, Nikasanın iyunun 22-də həbs olunduğu bildirilib.

O bundan əvvəl "sistemə qarşı təbliğat fəaliyyəti göstərmək" ittihamı ilə Təbriz İnqilab Məhkəməsi tərəfindən 8 ay həbs cəzasına məhkum edilmişdi.

Hüseyn Nikasanın sosial media hesablarından hökuməti tənqid edən məzmunlar paylaşdığına görə həbs olunduğu bildirilir.

İranda inqilabdan 45 il keçməsinə baxmayaraq, inqilab məhkəmələri hələ də açıqdır və vətəndaşlar sadəcə hökuməti tənqid etdikləri üçün nizam əleyhinə təbliğat aparmaq ittihamı ilə üzləşir və həbsə məhkum edilirlər.

İran hökuməti sosial mediaya ciddi nəzarət edir. Ölkədə bütün sosial media platformaları qadağan edildiyi üçün insanlar bu platformalara daxil olmaq üçün VPN-lərdən istifadə edirlər. Buna baxmayaraq, təhlükəsizlik qüvvələri və kiber polis vətəndaşların sosial mediadakı fəaliyyətlərini izləyir.

Forum

XS
SM
MD
LG