Accessibility links

Vəkil: İranın ali məhkəməsi reper Salehinin ölüm hökmünü ləğv edib


İranın Ali Məhkəməsi Məhsa Əminin ölümünün səbəb olduğu ümummilli etirazlara dəstəyi səbəbilə həbs edilən məşhur reper Tumac Salehi barədə çıxarılan ölüm cəzası hökmünü ləğv edib. Bu barədə şənbə günü onun vəkili məlumat verib.

“Salehinin ölüm cəzası ləğv edilib,” reperin vəkili Əmir Rəisian X-ə bildirib və əlavə edib ki, İslam Respublikasının ali məhkəməsi onun məhkəmə işinə yenidən baxılmasına qərar verib.

Rəisian aprel ayında İran məhkməsinin Salehini “Yer üzündə korrupsiya” ittihamı ilə ölüm cəzasına məhkum etdiyini bildirmişdi.

Vəkil deyib ki, reper həmçinin “qiyam, toplaşmaq və sövdələşməyə kömək etmək, dövlət əleyhinə təbliğat aparmaq və iğtişaşlara çağırış” da təqsirli bilinib.

33 yaşlı Salehi 2022-ci ilin senytabr ayında Əminin polisin nəzarətində ikən ölümü səbəbilə başlayan etirazları açıq şəkildə dəstəkləyəndən bir ay sonra oktyabr ayında həbs edilib. 22 yaşlı iranlı kürd Əmini Tehranda İslam respublikasının qadınlar üçün sərt geyim kodunu pozmaq iddiası ilə əxlaq polisi tərəfindən saxlanılmışdı.

“Ali Məhkəmə düzəlməz məhkəmə səhvinin qarşısını aldı,” Rəisian bildirib və əlavə edib ki, məhkəmə həmçinin Salehinin “bundan öncəki cəzasının (altı il üç ay) da çoxlu cinayətlər qaydalarına uyğun olmadığına” qərar verib.

Əminin ölümünün səbəb olduğu və aylarla davam etirazlarda yüzlərlə insan, o cümlədən onlarla təhlükəsizlik qüvvələri əməkdaşı həyatını itirib.

Rəsmilər xaricilərin təhrik etdiyini dediyi “iğtişaşlar”ı yatırmağa çalışarkən minlərlə insanı həbs edib.

Yanvar ayında qadınlar üçün baş örtüyü tələbini tənqid edən bir digər müğənn, mehri Yarrahi, də bir neçə ittiham üzrə səkkiz ay həbsə məhkum edilib. Məhkəmə daha sonra səhhətində yaranan problem səbəbəilə Yarrahinin cəzasını ev dustaqlığı ilə əvəz edib.

Təhlükəsizlik qüvvələrinə qarşı qətl və başqa zorakılıqları əhatə edən etirazlarla əlaqədar işlərdə doqquz kişi edam edilib.

İranda 1979-cu il İslam İnqilabından sonra 1983-cü ildən başlayaraq qadınların boyun və başlarını örtmələri məcburi hal alıb.

Etirazlardan sonra getdikcə daha çox qadın sərt geyim qaydalarını pozmağa başlayıb, amma İran polisi son aylarda qaydalara riayət etməyən qadınlar üzərində nəzarəti gücləndirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG