Accessibility links

Güneyli fəal İrəc Paşapur həbs edilib


Milli fəal İrəc Paşapur
Milli fəal İrəc Paşapur

Ərdəbil vilayətinin Germi şəhərində yaşayan milli fəal İrəc Paşapur təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Paşapur iyunun 20-də təhlükəsizlik qüvvələri tərəfindən naməlum yerə aparılıb.

İrəc Paşapur İran Azərbaycanında ictimai, mədəni, siyasi, ekoloji və insan hüquqları sahəsindəki fəaliyyətlərdə iştirak etmiş və sosial mediada apardığı işlər səbəbilə tanınmış fəallardan biri hesab edilir. O, həmçinin xeyriyyəçiliklə məşğul olub, ianələr toplayaraq yoxsul ailələrə və xəstələrə, habelə təbii fəlakətlərdən zərər çəkən bölgələrin sakinlərinə yardım edib.

Son günlərdə Paşapur bir qrup azərbaycanlı fəalla birlikdə Təbriz Mərkəzi Həbsxanasında həbs cəzasını çəkən siyasi məhbus Kərim İsmayılzadənin ailəsini ziyarət etmişdi.

Paşapurun həbsinin səbəbləri və ya ona qarşı irəli sürülən ittihamlar barədə hələlik məlumat yoxdur.

Forum

XS
SM
MD
LG