Accessibility links

Daxili İşlər Nazirliyi Sumqayıt sakininin işgəncə nəticəsində öldüyünü təsdiq etmir


İyunun 14-də Sumqayıt sakini Elvin İsgəndərovun Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsində həyatını itirdiyi bildirlir. Ailə üzvləri onun işgəncələr nəticəsində öldüyünü iddia edi.

37 yaşlı Elvin İsgəndərov bir neçə nəfərlə, həmçinin qardaşları ilə birlikdə polis bölməsinə aparılıb. İyunun 15-nə keçən gecə İsgəndərov qardaşlarının arxasınca gələn qohumlarına Elvinin öldüyünü deyib.

Ailə üzvlərinin məlumatına görə, Elvin İsgəndərovun meyitinin üzərində zorakılıq əlamətləri olub. Buna görə də onlar hesab edirlər ki, Elvin İsgəndərov işgəncə ilə öldürülüb. Həmin gecə onunla birlikdə polis bölməsində olan qardaşları da həm özlərinin, həm də Elvinin döyüldüyünü, polislərin onun başına zərbələr vurduğunu deyiblər.

Turxan İsgəndərov deyir ki, onu və qardaşlarını döyə-döyə, təhqir edə-edə bölməyə aparıblar. O bildirir ki, qardaşının necə döyüldüyünü şəxsən özü də görüb. Onun sözlərinə görə zərbələrdən Elvin İsgəndərovun vəziyyəti pisləşib, müvazinətini itirərək, yerə yıxılıb: "Deyirdilər ki, özünü aktyorluğa qoyub", o qeyd edib.

Daxili İşlər Nazirliyi (DİN) Elvin İsgəndərovun işgəncə nəticəsində ölməsi barədə yaxınlarının dediklərini təkzib edib. Nazirliyin mətbuat xidmətinin hadisə ilə bağlı Amerikanın Səsinin sorğusuna cavabında deyilir ki, Elvin İsgəndərov qaraciyər serrozu və ürək tutmasından vəfat edib.

Daxili İşlər Nazirliyi bildirir ki, Sumqayıtda kafelərin birində sərxoş vəziyyətdə olan bir neçə nəfər arasında münaqişə barədə polisə məlumat daxil olub. Bu məlumat əsasında gecə saat 23:30 radələrində polislər kafeyə gediblər.

"Tərəflər arasında yaranan gərginlik aradan qaldırıldıqdan sonra onlar bölməyə dəvət ediliblər. Onlardan Elvin İsgəndərov bölmənin qarşısında, dayandığı yerdə qəfil müvazinətini itirərək yerə yıxılıb. Hadisə bir neçə nəfərin, qohumlarının, dostlarının, qardaşların yanında və müşahidə kamerasının altında baş verib. Təcili tibbi yardım dəvət olunmasına baxmayaraq, Elvin İsgəndərov vəfat edib. Həkim rəyinə əsasən onun ölümünə səbəb qaraciyər serrozu və ürək tutması olub", nazirliyin Amerikanın Səsinin sorğusuna cavabında deyilir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG