Accessibility links

Güneyli siyasi məhbus Əsgər Fərəci məzuniyyətə buraxılıb


Siyasi məhbus Əsgər fərəci
Siyasi məhbus Əsgər fərəci

Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Əsgər Fərəci üç günlük məzuniyyətə göndərilib.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Tehranın Evin həbsxanasında saxlanılan Əsgər Fərəci cümə axşamı iyunun 13-ü üç gün müddətinə məzuniyyətə buraxılıb. İyunun 15-i onun son məzuniyyət günüdür.

Əsgər Fərəci 5 illik həbs cəzasını Evin həbsxanasının 8-ci bölməsində çəkir. Bundan əvvəl onun həbsxanada sağlıq durumu ilə bağlı xəbərlər yayılmışdı. Onun ürək və bel nahiyəsində problem olmasına baxmayraq, həbsxana rəhbərliyinin dərmanlarını həbsxanada ona çatdırmaqdan imtina etdiyi bildirilir.

Milli fəal həmçinin üç dəfə şərti amnistiya ilə bağlı məhkəməyə müraciət edib və bütün hallarda onun vəsatəti təmin edilməyib.

Əsgər Fərəci 2o22-ci il iyunun 20-də Evin həbsxanasına köçürülüb. O indiyə kimi 23 aydır Evin həbsxanasında saxlanılır.

Tehran İnqilab Məhkəməsinin 26 saylı şöbəsi Əsgər Fərəcini müxtəlif ittihamlarla günahkar tanıyaraq, onu ümumilikdə 17 il 4 ay həbsə və Cənubi Xorasan vilayətində 2 il sürgünə məhkum etmişdi. Lakin Tehran vilayətinin Apellyasiya Məhkəməsinin 36 saylı şöbəsi daha sonra həbs cəzasını 5 il müddətinə azaldıb.

Məhkəmənin Fərəcinin öz qeyd dəftərində latın qrafikası ilə türkcə yazmasını cinayət nümunəsi kimi göstərməsi və fəala ağır həbs hökmü çıxarması milli fəalların və hüquq müdafiəçilərinin mənfi reaksiyası ilə qarşılanmışdı.

Forum

XS
SM
MD
LG