Accessibility links

Nəsimi Məmmədli: İran sanksiyalara görə, Azərbaycanla münasibətlərini normal saxlamaq məcburiyyətindədir


Nəsimi Məmmədli, siyasi təhlilçi
Nəsimi Məmmədli, siyasi təhlilçi

Siyasi təhlilçi Nəsimi Məmmədli Amerikanın Səsinə müsahibəsində Azərbaycan və İran arasındakı münasibətlərin hazırkı perspektivlərindən, o cümlədən İranın Cənubi Qafqaz regionuna təsirlərindən danışıb.

Amerikanın Səsi: İran Prezidenti və xarici işlər nazirinin helikopter qəzasında həlak olmasından sonra İranın xarici siyasətində hansı dəyişikliklər olub. Bu dəyişikliklərdə regiona münasibətdə hansı yeni baxışları gözələmək olar?

Nəsimi Məmmədli: İranda əslində dövlətin daxili və xarici siyasətini müəyyən edən prezidentlər və hökümətlər deyil. İranda daha çox bu siyasəti müəyyən edən ali dini liderdir. Ona görə mən düşünmürəm ki, Rəisinin ölümündən sonra İranın strateji siyasətində hansısa ciddi bir dəyişkliklər baş versin. Təbii ki, müəyyən takdiki addımlarda ola bilər ki, kimlərinsə xüsusilə icraçıların münasibət qurub həyata keçirdiyi müəyyən məsələlər var ki, bunda müəyyən müddət fasilə yarana bilər. Amma sonradan yenidən o siyasət davam edəcək deyə düşünürəm.

Amerikanın Səsi: İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib ki, İranın Azərbaycanla əlaqələri düzgün istiqamətdə inkişaf edir. Sizcə bu bəyanat reallığı nə qədər əks etdirir?

Nəsimi Məmmədli: Əslində İranın xüsusilə Azərbaycanla bağlı siyasətində səsləndirdiyi bəyanatlar əsasən reallığı əks etdirmir. Onlar Azərbaycanla bağlı bir fikir deyir, amma həyata keçirdikləri siyasət çox zaman başqa siyasət olur.Amma indiki şəraitdə hazırda elə bil vəziyyət yaranıb ki, həm İran, həm Rusiya bunlar faktiki olaraq Qərbin sanksiyaları ilə üz-üzə qaldığı üçün öz yaxın qonşuları xüsusilə Azərbaycanla münasibətlərini normal saxlamaq məcburiyyətindədir.

"İran sanksiyalara görə, Azərbaycanla münasibətlərini normal saxlamaq məcburiyyətindədir"
please wait

No media source currently available

0:00 0:05:25 0:00

Amerikanın Səsi: Azərbaycan İrandakı səfirliyinin diplomatik fəaliyyətinin bərpası iki ölkə arasında əməkdaşlıq və əlaqələrin inkişafında razılaşdırılmış məsələlərdən biri hesab edilir. Sizcə iki ölkənin münasibətlərindəki köklü problemlər nədir və bunun yaxın zamanda həlli mümkündürmü?

Nəsimi Məmmədli: Təbii ki, səfirliklərin fəaliyyətinin bərpa edilməsi münasibətlərin diplomatik formada yenidən canlanmasıdır. Biz bunu müşahidə edirik. Xüsusilə son vaxtlar aktivləşmək istiqamətində gedir. Amma İran və Azərbaycan arasında strateji baxımdan həlli çətin , xeyli ziddiyyətli məqamlar var. Onlar daha çox bununla bağlıdır ki, İran özünün şimalında Azərbaycan dövlətinin varlığını həzm edə bilmir. Bu nöqteyi nəzərdən İran çalışır ki, Azərbaycan ondan bu və ya digər şəkildə aslı olsun.Yaxud müstəqil siyasət yürütməkdə tərəddüd etsin.

Amerikanın Səsi: İran və Azərbaycan arasında iqtisadi və logistika sahəsində birgə layihələrin regionda iqtisai-ticarət əlaqlərinin inkişafına hansı təsirləri ola bilər?

Nəsimi Məmmədli: Təbii ki, buna müsbət təsir göstərə bilər. Mən bayaq qeyd etdiyim kimi həm Rusiyanın, həm İranın ABŞ-ın və Avropanın Aİ-nın sanksiyaları ilə üz-üzə gəlməsi bunların iqtisadiyyatında çox ciddi təsirlər yaradır. Bu nöqteyi- nəzərdən əlbəttə Azərbaycan ərazisindən keçən xüsusilə Şimal və Cənub dəhlizi vasitəsilə həm Rusiya, həm İran xeyli dərəcədə özü üçün bir nəfəslik əldə edə bilir. Eyni zamanda bu Azərbaycana da, digər region dövlətlərində də iqtisadi, eyni zamanda da nəqliyyat kommunikasiya istiqamətində də əməkdaşlığı dərinləşdirə bilər.

Amerikanın Səsi: İranın Cənubi Qafqazda, Yaxın və Orta Şərqdə sülh prosesinə təsirləri ola bilərmi? Sizcə İranın bu sahədə rəsmi bəyanatları ilə real hərəkətləri arasında mütənasiblik varmı?

Nəsimi Məmmədli: İran Cənubi Qafqazda demək olar ki, böyük siyasi və hərbi təsirə malik deyil. Cənubi Qafqaz daha çox Rusiyanın, Qərbin, eyni zamanda Türkiyənin təsir dairəsindədir. İndi Türkiyənin təsiri də son zamanlar artmaqdadır. Əslində bu təsir xüsusilə müharibədən öncəki dövrü götürüb baxsaq, çox da təsirli deyil idi. Amma İranın Orta Şərqə təsiri təsiri çox böyükdür. Orada İranın proksi qüvvələri var. İran orada faktiki olaraq sülh prosesini əngəlləyəcək b ir dövlətdir. Orada İranın iştirakı ilə çox güman ki, İsrail və Fələstin arasında, eyni zamanda Suriyanın özündə , İraqda sabitliyin bərpa olunması elə də asan olmayacaq. Bu baxımdan əlbəttə İranın Orta Şərqə təsirləri var. Onun sülh prosesinə qatqı verməsi inandırıcı deyil. İran o bölgədə daha çox özünü ideoloji, siyasəti ilə çalışır ki özünün ekspansiyasını həyata keçirsin. Xeyli dərəcədə buna nail olub.

Forum

XS
SM
MD
LG