Accessibility links

Avropa Parlamenti seçkilərində diqqət mərkəzində olan əsas ölkələr


Avropalı seçicilər 27 ölkədə onlarla dildə hazırlanan seçki bülletenləri ilə Avropa Parlamenti seçkilərində səs verir.

İyunun 6-9 arasında keçirilən seçkidə ən çox diqqətin ayrıldığı ölkələrdəki səsvermələrə nəzər salaq.

Macarıstan

Uzun müddətdir hakimiyyətdə olan Baş nazir Viktor Orbanın bazar günü Avropa Parlamenti seçkilərində partiyasının 15 illik hakkimiyyətini uzadacağı gözlənilir. Bununla belə, o, keçmiş müttəfiqi tərəfindən karyerasının ən çətin rəqabəti ilə üzləşir.

Orbanın sağçı populist Fidezs partiyası Aİ-də son üç seçkidə səslərin 50 faizindən çoxunu qazanıb və bu il də səslərin böyük hissəsini alacağı gözlənilir. Ancaq Fidesz-in keçmiş üzvü olan tənqidçinin başçılıq etdiyi yeni müxalif qüvvə bir neçə həftə içində Macarıstanın ən böyük müxalif partiyasına çevrilib və Fideszin parlamentdə ən azından bir yeri itirməsinə gətirib çıxara bilər.

Bir zamanlar Macarıstanın keçmiş ədliyyə naziri və Orbanın müttəfiqi Cudit Varqa ilə evli olan 43 yaşlı hüquqşünas Piter Magyar fevral ayında açıq şəkildə Orban hökuməti daxilində korrupsiya və yanlış idarəçiliyin olduğuna dair ittihamlar irəli sürəndən sonra məşhurlaşıb.

Magyarın Hörmət və Azadlıq partiyasını özünü Orbanın qeyri-liberal populizminə daha mərkəzçi alternativ olaraq təqdim edib və Avropa parlamentində bir neçə yer qazanacağı gözlənilir.

İtaliya

Baş nazir Giorgia Meloninin neofaşist kökləri olan İtaliyanın Qardaşları partiyasının Avropa Parlamentindəki yerlərinin sayını artıracağı gözlənilir ki, bu onun Aİ-dəki nüfuzunu da artıra bilər.

Onun Ukrayna və İsrailyönümlü siyasəti mərkəzçi Amerika və Avropa müttəfiqlərinə arxayınlıq versə də, o hələ də ölkə daxilində ifrat sağçı mandatını qorumaq üçün mübarizə aparır.

İtaliyada səsvermənin hökumətdə sabitliyi pozacağı gözlənilmir, hətta Meloni, hakim koalisiyadakı tərəfdaşları - Matteo Salvininin başçılıq etdiyi populist, anti-miqrant sağçı Leqa və xarici işlər naziri Antonio Tajaninin rəhbərlik etdiyi mərkəz-sağçı Forza Italianın bahasına üstünlük əldə etsə belə.

Rəy sorğuları İtaliyanın Qardaşlarının səslərin dörddə birini əldə edəcəyini proqnozlaşdırır ki, bu, onların 2022-ci ildə ümummili seçkidə aldıqları səslərə yaxındır, amma 2019-cu il Avropa parlamenti seçkilərindən xeyli çoxdur. Mərkəz-solçu Demokratik Partiya rəy sorğularında ikinci yerdə, müxalif 5-Ulduz Hərəkatı isə üçüncü yerdə gəlir.

Fransa

Fransanın ultra-sağçı lideri Marin Le Pen və onun müdafiə etdiyi anqti-immiqrasiya, millətçi fikirlərinin Aİ seçkilərində böyük qələbə əldə edəcəyi gözlənilir.

Rəy sorğuları aparanlar onun Milli Birlik partiyasının Prezident Emmanuel Makronun mötədil biznes tərəfdarı partiyasını xeyli qabaqlayaraq Fransanın 81 yerindən çoxunu qazanacağını proqnozlaşdırır.

Milli Birliyin Avropa Parlamentinə aparıcı namizədi Cordan Bardella Aİ-nin açıq sərhədləri daxilində miqrantların sərbəst hərəkətini məhdudlaşdırmağı və Aİ-nin iqlim qaydalarını geri qaytarmağı vəd edir. Partiya artıq Aİ və avronu tərk etmək istəmir, sadəcə olaraq onu daxildən zəiflətmək istəyir.

Bir çox fransalı seçicilər Aİ seçkilərindən Makronun iqtisadiyyatı, kənd təsərrüfatı qaydlarını və təhlükəsizliyi idarə etməsi ilə bağlı məyusluqlarını ifadə etmək üçün istifadə edəcəklər. Bu, ona, Avropa boyu Ukraynanı müdafiə etmək və Aİ-in öz müdafiə və sənayesini gücləndirmək səylərinə rəhbərlik etməyə çalışmasına rəğmən belə, ziyan vura bilər.

Almaniya

Yeni Avropa Parlamentində ən çox yerlərə malik olacaq Almaniyada mərkəz-solçu kansler Olaf Şoltsun qeyri-populyar hakim koalisiyasındakı üç partiyanın davamlı çəkişmələr və zəif iqtisadiyyat səbəbilə seçicilər tərəfindən az səs toplayacaqları gözlənilir.

Meynstrim mərkəz-sağçı müxalifət gələn ilin payızında gözlənilən ümummilli seçkidən öncə Brüsseldə ən güclü alman partiyası kimi öz mövqeyini qoruyub saxlamağa ümid edir.

Ancaq əsas diqqət ultra-sağçı Almaniya üçün Alternativ partiyasının sərgiləyəci performansa yetiriləcək.

Partiya 2019-cu illə müqayisədə daha yaxşı nəticə əldə edə bilər.

Forum

XS
SM
MD
LG