Accessibility links

Rusiya Ukraynanın keşmiş baş naziri Timoşenkonu axtarışa verib


Ukraynanın keçmiş baş naziri Yulia Timoşenko
Ukraynanın keçmiş baş naziri Yulia Timoşenko

Rusiya dövlət mediası Daxili İşlər Nazirliynin məlumat bazasına istinadən xəbər verir ki, Rusiya Ukraynanın sabiq baş naziri Yulia Timoşenkonu axtrarışa verib.

Rusiyanın dövlət Tass xəbər agentliyi bildirib ki, Timoşenko naməlum cinayət ittihamı ilə axtarışa verilib.

Onun Ukrayna Prezidenti Volodimir Zelenski və onun sələfi Petro Poroşenkonun daxil olduğu axtarışa verilən insanlar siyahısına əlavə edildiyi bildirilir ki, həmin siyahıda Ukrayna və NATO ölkələrindən onlarla rəsmi və qanunvericinin adları da var.

Timoşenko və onun Batkivşina partiyası şənbə günü dərhal şərh verməyib.

Rusiyanın müstəqil Mediazona xəbər agentliyi bildirib ki, Zelenski və Poroşenko fevral ayından bəri axtarışa verilən insanlar siyahısındadır.

Siyahıda həmçinin NATO və Aİ üzvü Estoniyanın baş naziri Kaya Kallasın adı da var ki, o, Kyivə hərbi yardımın artırılmasını və Moskvaya qarşı sanksiyaların gücləndirilməsini şiddətlə müdafiə edib.

Rusiya rəsmiləri fevral ayında bildirib ki, Kallas Tallinin Baltikyanı ölkədə bir çoxlarının keçmiş zülmün rəmzi olaraq gördüyü Sovet dövründə Qırmızı ordunun əsgərləri şərəfinə ucaldılan heykəlləri yığışdırmaq səyləri səəbilə axtarışa verilib.

Rusiyada “nasizmin bərpası”nı cinayət hesab edən qanunlar mövcuddur ki, onlara müharibə abidələrini təhqir edilməsini cəzalandıran qanunlar da daxildir.

Bundan əlavə Rusiyanın sıhayısına Estoniya və Litvanın kabinet nazirləri, habelə ötən il Prezident Vladimir Putinlə bağlı müharibə cinayətləri üzrə həbs orderi çıxaran Beynəlxalq Cinayət Məhkəməsi prokuroru daxil edilib. Moskva həmçinin Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirilo Budanovu da Ukrayna dronlarının Rusiya infrastrukturuna zərbələr endirməsi daxil olmaqla “terrorçu” hesab etdiyi fəaliyyətlərdə ittiham edib

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG