Accessibility links

İqtisadçı Fərid Mehralızadə: Həbsim tamamilə qanunsuzdur


Fərid Mehralızadə -İqtisadçı
Fərid Mehralızadə -İqtisadçı

İyunun 6-da Bakı Apellyasiya Məhkəməsində “Agora – Analitik Kollektiv”in həmtəsisçisi, iqtisadçı Fərid Mehralızadənin şikayətinə baxılıb. Bu barədə onun vəkili Cavad Cavadov məlumat verib.

Vəkil bildirib ki, istintaq orqanı iqtisadçı barədə həbs qətimkan tədbirinin seçilməsi üçün heç bir sübut təqdim etməyib.

“Məhkəmə şikayətimizi təmin etmədi. Məhkəməyə sübutlar təqdim etdik ki, onun həbsinə əsas yoxdur, lakin məhkəmə bunları nəzərə almadı. Biz həbsin ev dustaqlığı ilə əvəzedilməsi üçün yenidən məhkəməyə müraciət edəcəyik”, deyə vəkil bildirib.

Prosesdə Fərid Mehralızadə çıxış edərkən deyib ki, həbsi üçün heç bir əsas yoxdur:

“Niyə həbs olunduğumu bilmirəm. “Abzas Media” ilə heç bir əməkdaşlığım olmayıb. Həbsim tamamilə qanunsuzdur”.

Fərid Mehralızadə mayın 31-də saxlanılıb, elə həmin gün evində axtarış aparılıb.

İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Ona qarşı "Abzas Media işi" ilə bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

Forum

XS
SM
MD
LG