Accessibility links

Natiq Cəfərli: Azərbaycan hökuməti yaşıl enerjiyə keçidin proqram təminatlarını yaratmalıdır


Natiq Cəfərli -iqtisadçı
Natiq Cəfərli -iqtisadçı

İqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda yaşıl enerjiyə keçid və keçid zamanı yarana biləcək problemlərdən danışıb.

Amerikanın Səsi: Azərbaycan höküməti yaşıl enerjiyə keçidlə bağlı bəyanatlar verir. Bu keçid nə zaman sona çatacaq?

Natiq Cəfərli: Əslində bu dünyada baş verən bir trenddir. Artıq 15-20 ildir ki, dünyada biz bu trendi görürük. Yaşıl enerjiyə keçidin bir çox ölkələrdə effekt verdiyini də görürük. Məsələn, Çilinin elektrik enerjisinə olan tələbatının böyük hissəsini, hətta 80 faizini artıq bərpa olunan enerji vasitəsilə aldığının, Danimarka kmi şimal ölkəsində elektrik enerjisinə tələbatın 50 faizə çatdığının şahidi oluruq. Dünyada belə bir trend var. Azərbaycanın coğrafi mövqeyi də bərpa olunan enerjidən, həm külək, həm günəş enerjisindən istifadə etmək üçün kifayət qədər əlverişlidir. Amma, bu o demək deyil ki, çox qısa zamanda Azərbaycanda bu keçidi tamamilə həyata keçirmək mümkündür. Çünki bunun üçün bizim istehsal bazamız və həmin kompanentləri istehsal edə biləcək müəssisələrimiz, mütəxəssislərimiz yoxdur. Bu da istər- istəməz o sualı gündəmə gətirir ki, Azərbaycan bir müddətdən sonra bu texnologiyalardan və bu avadanlıqlardan asılı vəziyyətə düşməyəcəkmi? Ona görə də yaşıl enerji konsepsiyasını hökümət doğurdan da dərindən inkişaf etdirmək istəyirsə, onun komponentlərinin ölkədə istehsal olunması, yerli mütəxəssislərin yetişdirilməsi, proqram təminatının Azərbaycan tərəfindən həyata keçirilməsi vacibdir. Bu sahələrə də diqqət ayrılmalıdır. Çünki elə bil şəarit yarana bilər ki, bu gün necə neftdən, qazdan aslı olan ölkələr varsa, bir müddətdən sonra yaşıl enerji kompanentlərindən və texnologiyalarından da asılı ölkələr yarana bilər. Azərbaycan da bu siyahıya düşə bilər.

Natiq Cəfərli: Azərbaycan hökuməti yaşıl enerjiyə keçidin proqram təminatlarını yaratmalıdır
please wait

No media source currently available

0:00 0:06:49 0:00

Amerikanın Səsi: Yaşıl enerjiyə keçidin problemləri nə ola bilər? Çünki Azərbaycan tozlu bir ölkədir. Bu qurğuların saxlanılması, eyni zamanda zəlzələlərə davamlılığı, təbii fəaləkətlərə davamlılığı neəcidr?

Azərbaycanda ev təsərrüfatlarının bərpa olunan enerjiyə keçidilə bağlı dövlətin proqramı olmalıdır.

Natiq Cəfərli: Əslində Azərbaycanda nəyə görəsə, həmişə olduğu kimi bu sahədə də daha çox meqa layihələrə üstünlük verirlər. Yəni böyük istehsal gücləri yaranacaq günəş enerjisi stansiyaları barədə Birləşmiş Ərəb Əmirlikləri ilə bir müqavilə imzalandı. Külək enerjisi ilə bağlı meqa layihələr nəzərdə tutulub. Amma əslində biz dünya ölkələrinin təcrübəsini öyrənəndə görürük ki, ev təsərrüfatları üzərindən bərpa olunan yaşıl enerjiyə keçid daha çox effektivdir və daha çox effekt verir. Bununla bağlı Türkiyədə çox yaxşı qanunlar qəbul olundu. Hətta ev təsərrüfatları özlərinə lazım olan enerjini istehsal etdikdən sonra artıq qalanını şəbəkəyə geri sata bilirlər. Məsələn, Antaliya, Alaniya bölgəsində 4 milyona yaxın ailə artıq bu komponentin, proqramın iştirakçısına çevrilib. Azərbaycanda isə nədənsə bu haqda düşünən yoxdur. Məsələn, Azərbaycanın Aran bölgələri var ki, siz dediyiniz problemlərdən daha az zərər görə bilər. Məsələ, zəlzələ bölgəsi deyil. Orada tektonik dəyişikliklər çox az olur. Küləkli bölgələr deyil ki, toz çox olsun. Yağmur az olur. Hətta elə bölgələrimiz var ki, 365 günün ən azı 300 gününüə yaxını günəşli keçir. Həmin bölgələrdə, əsasən də Aran bölgələrində ev təsərrüfatlarının bərpa olunan enerjiyə keçidilə bağlı dövlətin bir proqramı olmalıdır. Yəni ailələrə faizsiz kreditlər vermək olar. Hətta pulsuz onların günəş enerjisi panelləri ilə evlərinin örtürülməsini təqdim edən bir proqram ola bilər. Və hətta onlara icazə verilməlidir ki, artıq qalan enerjini yenidən şəbəkəyə sata bilsin. Bu həm stimulu artıracaq, həm də vətəndaşlar bir müddətdən sonra işıq pulu verməyəcəklər. Onların qənaət olmasına səbəb olacaq. Həm də ev təsərrüfatları Azərbaycanda enerji istehlakının böyük əksəriyyətini təşkil edir. Çünki təəssüf ki, bizdə böyük sənaye müəssisələri yoxdur.

Amerikanın Səsi: Ölkədə getdikcə neft istehsalı azalmaqdadır. Yaşıl enerji neft istehsalını əvəz edə biləcək? Burada söhbət istehlak baxımı ilə yanaşı, həm də gəlirlər baxımından gedir.

Natiq Cəfərli: Neft gəlirlərini əvəz edə biləcək heç bir gəlir növü təəssüf ki, hələ Azərbaycanda yoxdur. Hətta təbii qaz belə ən pik nöqtələrdə neft gəlirlərini tam əvəz edə bilməyəcək. Çünki neftdən gələn gəlir kifayət qədər ciddi həcmlərdədir. Neftin də hasılatı azalır. Bizdə pik nöqtə təqribən 2011-2012-ci illərə düşmüşdür. Günə az qala biz 1 milyon barrel neft istehsal edirdik. İndi isə 680-690 min barrelə yaxın neft istehsal olunur. Hətta 2025-ci ildən sonra bunun daha da azalacağı proqnozlaşdırılır. Neft istehsalı düz xəttə çıxacaq. Bunu da nəzərə almaq lazımdır ki, bizim daxili istehlakımız da gündəlik təqribən 100-120 min barrel arasıdır. Yəni bu o deməkdir ki, bizim daha az əmtəəlik nefti xaricə satmaq imkanımız olacaq. Bu da gəlirləri azaldacaq. Yaşıl enerji bunu qarşılaya bilməz. Yasıl enerji sadəcə nəyə kömək edə bilər? Daxili istehlakda, ev təsərrüfatlarında daha çox yaşıl enerjiyə keçsək, məsələn təbii qaza qənaət oluna bilər ki, bunun Avropaya satışının həcmi arta bilər. Çünki Avropa bizdən daha çox qaz istəyir, daha çox qaz almağa meyillidir. Buna müəyyən dərəcədə təsiri ola bilər. Amma bizim qeyri-neft sektorunu və yaxud real sektoru inkişaf etdirməymiz lazımdır, hansı ki, illərdir hökümət bu haqda danışır. Bununla bağlı real addımlar atılmasa, neft gəlirlərini başqa sahənin, yəni o da xammal tutumlu sahənin, enerji tutumlu sahənin əvəz etməsi mümkün deyil. Ona görə də Azərbaycan höküməti artıq illərdir bəyan etdiyi qeyri-neft sektoruna keçidin real nəticələrini göstərməlidir. Bu sahədə ciddi addımlar atılmalıdır. Əslində Azərbaycanda gələcəkdə dünyadakı trendi də nəzərə alsaq, xam neftin satışını yox, xam neftin emalini təşkil etmək daha məntiqlidir. Hətta burada Qazaxıstanın köməyi də ola bilər. Çünki bizdə neft hasilatı azalır. Qazaxıstanda artan templə gedir. Hətta 28-29-cu illərdə Qazaxıstanda neft hasilatı iki dəfəyə yaxın artacaq. Çünki Kaşaqan və Tenqiz yataqlarından daha çox neft istehsal olunacaq. Onun Azərbaycana gətirilməsi (keyfiyyət nöqteyi nəzərdən Azərbaycan neftinə çox yaxındır), burda emal olunması vacibdir. Xatırlayaq ki, neftin emalındən 180 adda müxtəlif məhsullar alınır. Bu tək benzin deyil. Bu tək motor yağı deyil. Neftdən alınan məhsullar daha çox əlavə dəyər yaradır. Bir barel nefti siz bu gün 85 dollara satırsınız, onu emal edib 500 dollara satmaq olar. Bu yolla da Azərbaycanda yeni qazanc qaynağı yaratmaq mümkündür.

Forum

XS
SM
MD
LG