Accessibility links

Həbsdə olan ictimai fəalın quru aclığı dayandırdığı bildirilir


Laçın Vəliyev
Laçın Vəliyev

İctimail fəal Laçın Vəliyev 10 saylı cəzacəkmə müəssəsində quru aclıq aksiyasını 9-cu gün dayandırıb.

Vəliyevin yaxınları Amerikanın Səsinə bildirib ki, o bu qərarı iyunun 2-də həbsxana rəhbərliyi onu Penitensiar Xidmətin tibb müəssisəsinə göndərəcəyi barədə vəd verdikdən sonra qəbul edib.

“Bu, onun böyrək xəstələyindən əziyyət çəkməsi ilə əlaqədar tələblərindən biri idi. İkinci tələbi – Avropa İnsan Hüquqları Məhkəməsinin təyin etdiyi kompensasiyanın alınması üçün həyat yoldaşına etibarnamənin verilməsinə şərait yaradılması idi. Vəliyevə yaxın günlərdə bu problemin də həll ediləcəyi vədi verilib”, Vəliyevin yaxınlarlından biri deyib.

Penitensiar Xidmət Vəliyevin aclılq aksiyası ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Laçın Vəliyev 2021-ci ilin martında “külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi” ittihamı ilə həbs edilib. Sonradan oa qarşı “dələduzluq” ittihamı irəli sürülüb və o, 7,5 il həbs cəzasına məhkum edilib.

Hüquq müdafiəçilərinin fikrincə, Vəliyevin həbsinin əsl səbəbi müxalifətyönlü fəaliyyətidir. O, əvvəllər Müsavat Partiyasının üzvü, sonra isə Xalq Cəbhəsi Partiyasının tərəfdarı olub.

Vəliyev 15 iyul 2020-ci ildə Bakıda keçirilən küçə mitinqlərindən sonra saxlanılıb. 2023-cü ilin sentyabrında Avropa İnsan Hüquqları Məhkəməsi Vəliyevin məhkəmədən əvvəlki ilkin həbsini qanunsuz sayaraq ona 3500 avro kompensasiya ödənilməsini qərara alıb.

Azərbaycan hökuməti Laçın Vəliyevin hüquqlarının pozulmasını birtərəfli qaydada tanıyıb və mənəvi ziyanı ödəməyə hazır olduğunu bildirib.

Forum

XS
SM
MD
LG