Accessibility links

İran mediası: “Satanistlərin toplantısına” basqın zamanı 35 nəfər həbs edilib


Yerli media şənbə günü xəbər verib ki, İran səlahiyyətliləri ölkənin cənub-qərbindəki Xuzistan vilayətində “sananist şəbəkənin toplantısına” basqın zamanı ən azı 35 nəfəri həbs edib.

Basqın polisin toplantının “yerini müəyyən edəndən” sona baş verib. Həmin toplantıda “satanizmin işarə və simvolları əks olunub, alkohol və narkotik maddələr yer alıb.” Bu barədə ISNA xəbər agentliyi məlumat yayıb.

Bu son dərəcə mühafizəkar ölkədə “satanist” adlandırılan toplantılara reydlər tez-tez keçirilir və İranda qadağan olunan spirtli içkinin istifadə olunduğu konsert və ya şənliklər tez-tez hədəf alınır.

ISNA Xuzistanın Dezful şəhərinin polis rəisinə istinadən bildirib ki, ümumilikdə 31 kişi və dörd qadın saxlanılaraq, məhkəmə orqanlarına göndərilib.

Ötən ayın əvvəlində İran polisi bəznər ittihamlarla paytaxt Tehranın qərbində üç avropalı daxil olmaqla 260-dan çox insanı saxlayıb.

Məlumatda deyilir ki, həmin şübhəli şəxslər Şəhriyar mahalında “satanizm və çılpaqlı mədəniyyətini yaydıqlarına” görə həbs olublar.

2007-ci ildə Tehran yaxınlığında icazəsiz keçirilən rok konsertinə reyd zamanı təxminən 230 nəfər saxlanılmışdı.

Şiə müsəlmanlarının çoxluq təşkil etdiyi ölkədə rəsmilər rok və ağır metal musiqi konsertlərini “satanist” toplantılar kimi damğalayıb.

Forum

XS
SM
MD
LG