Accessibility links

Bir qrup fələstin tərəfdarı SOCAR-ın İstanbuldakı ofisinin qarşısında aksiya keçirib


SOCAR-ın Türkiyədəki ofisi (Mənbə: SOCAR Türkiyə)
SOCAR-ın Türkiyədəki ofisi (Mənbə: SOCAR Türkiyə)

Mayın 31-də bir qrup fələstinli tərəfdarının Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İstanbuldakı ofisinin binası qarşısında bu ölkənin İsrailə neft satmasına etiraz olaraq aksiya keçirdiyi barədə sosial şəbəkələrdə məlumatlar və videolar yayılıb.

Aksiya iştikaçıları Azərbaycanı İsrailə neft tədarük etməkdə günahlandırıb və bunun dayandırılmasını tələb ediblər. Etirazçılar həmçinin SOCAR-ın binasına daxil olmağa cəhd edib və binanın divarlarına qırmızı rəngli boya atıblar.

Mühafizəçilər hücum edənlərin qarşısını almağa və onları binadan uzaqlaşdırmağa çalışıb.

SOCAR etiraz aksiyasına və aksiya iştirakçılarının tələblərinə hələ münasibət bildirməyib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin ötən il yaydığı məlumata görə, İsrail Azərbaycandan ən çox neft alan ikinci ölkədir. 2023-cü ilin yanvar-oktyabr aylarında bu ölkəyə 1 milyard 320 milyon dollar dəyərində 2 milyon 155 min tona yaxın neft ixrac edilib.

Forum

XS
SM
MD
LG