Accessibility links

Ayaz İbadi: Konfransımızın hədəflərindən biri İranın digər millətləri ilə əlaqələrimizi gücləndirmək idi


Ayaz İbadi, siyasi fəal
Ayaz İbadi, siyasi fəal

Bu yaxınlarda Berlin Humboldt Universitetində keçirilən “Azərbaycan və Davamlı Demokratiyanın Formalaşma Sürəci” adlı konfransda İran Azərbaycanı ilə bağlı məsələlər və İranda siyasi-ictimai vəziyyət müzakirə olunub.

Konfransın əsas təşkilatçılarından olan Azərbaycan Demokratiya və İnkişaf Ocağının üzvü Ayaz İbadi Amerikanın Səsinə müsahibədə tədbirin mahiyyəti, təşkilatçıları və hədəfləri haqqında danışıb. O, həmçinin bəzi fəalların konfransla bağlı irəli sürdükləri tənqidlər haqqında öz fikirlərini ifadə edib.

please wait

No media source currently available

0:00 0:12:52 0:00
Direct link

İran Azərbaycanı ilə bağlı məqalələr dərc edən Tribun saytına istinadən, “müxtəlif siyasi cərəyanlar, əmək və sol qrupları, insan haqları, qadınlar və gender azlıqları kimi qruplardan tanınmış simalar və türk fəallar bu konfransa dəvət olunmuşdu.”

Ayaz İbadinin dediklərinə görə, “ilk başda partiya olaraq güneylə əlaqəli çalışan partiyalardan Azərbaycan Demokratiya və İnkişaf Ocağı və onun yanında Azərbaycan Demokrat Partiyası yer alıblar. Bunlar ikisi konfransın təşkilində aparıcı və ana rolu üstlənmişdilər. Amma bunların yanında bütün cərəyanlardan istər istiqlalçı kəsim, istərsə federal İran ideyasını dəstəkləyən kəsimlərdən müstəqil fəallar da çox olub. Bunların hamısı konfransı təşkil edən komitədə yer alıb və fəal iştirak ediblər.”

İbadi geniş siyasi spektri təmsil edən qruplardan nümayəndələrin də tədbirə qatıldığını bildirib. Onun sözlərinə görə, o cümlədən bəluç, ərəb, kürd, türkmən və lur icmalarına mənsub partiyalar, eləcə də bəzi fars mərkəzli təşkilatların təmsilçiləri konfransda izləyici kimi iştirak ediblər.

Berlindəki konfransın əsas hədəflərindən biri, Ayaz İbadinin sözlərinə əsasən, İran Azərbaycanı ilə bağlı tələbləri İranın digər siyasi kəsimlərinə çatdırmaq olub.

“Azərbaycan Milli Hərəkatı içindəki təşkilatların hamısı deyə bilərəm ki təcrid olmuş durumdadırlar. Hərəkatın xaricindəki təşkilatlara açılmırıq. İran içindəki digər millətlərin dəstəyini indiyə qədər heç axtarmamış və tapmamamışıq. Sadəcə İran içindəki millətlər deyil dünyada aparıcı dövlətlərə də səsimizi deyə bilməmişik. Demişiksə də əgər, indiyə qədər üstün olan söyləmimiz bizim tələblərimizi dilə gətirməyə icazə verməyib. Çünki, söyləmlərimiz biraz aşırı olub. Sadəcə istiqlalçı söyləmlə indiyə qədər daha çox hərəkət etmişik. Bizim seminarımızın hədəflərindən birisi bu idi ki, İranın digər millətləri ilə olan bağlarımızı gücləndirək və Azərbaycanın tələblərini onlara deyək”, o bildirib.

Azərbaycan Milli Hərəkatına mənsub bəzi fəalların may ayının 4-də keçirilən konfranla bağlı irəli sürdükləri başlıca tənqidlərdən biri konfransın türkcə deyil, fars dilində keçirilməsi olub. Ayaz İbadi konfransın fars dilində keçirilməsi ilə bağlı tənqidləri cavablandırıb.

“Bizim konfransımızın muxatəbi (auditoriyası) sadəcə o salon içində yığışan və təşkilatçı komitə deyildi ki, deyək çıxışçılar və təşkilatçıların hamısı türk idisə, bunlar niyə farsca danışdı? Bizim muxatəbimiz belə deyildi ki. Hədəf də bu deyildi. O salonda 100-ə yaxın iştirakçı var idi. Fərz edək onların hamısı türk olsaydı belə, ki, elə deyildi, amma konfransın hədəf kütləsi sadəcə oradakılar deyildi. Bizim hədəf kütləmiz İranın digər qüvvələri idi. Digər millətlərin partiyaları idi. Bizim 30-a yaxın digər partiyalardan türk olmayan İranın digər millətlərin partiyaları qatılmışdı. Biz onlara türkcə danışsaydıq onlar elə birinci dəqiqədə durub gedəcək idilər və onlara sayğısızlıq olacaq idi... İkincisi, bu seminarın media vasitəsi ilə auditoriyası da yenə millətindən daha çox İran müxalifəti və digər xalqların nümayəndələri idi ki, onlara Azərbaycanın tələblərini dilə gətirmək istəyirdik. Əgər türkcə olsaydı, tələblərimizi kimə deyəcək idik?” o bildirib.

Forum

XS
SM
MD
LG