Accessibility links

Məlikkəndidə saxlanılan ailənin üzləri sərbəst buraxılıb


Mühacirətdə yaşayan milli fəal Mehdi Kuxiyan və anası Fərəngis Fəthi
Mühacirətdə yaşayan milli fəal Mehdi Kuxiyan və anası Fərəngis Fəthi

Bu gün, mayın 13-də Fərəngis Fəthi və Əkrəm Kuxiyan polis nəzarətindən azad edilib.

HRA xəbər agentliyinin məlumatına görə, Məlikkəndidə dünən çoxlu sayda təhlükəsizlik və polis qüvvələri tərəfindən həbs edilən iki ailə üzvü bu gün sərbəst buraxılıb.

Həmin xəbərə görə, təhlükəsizlik qüvvələrinin evdə reyd keçirdiyi zaman müsadirə olunan əşyaların hələ ailəyə təhvil verilmədiyi bildirilir.

Həmçinin Fərəngis Fəthinin yaşlılıq və təzyiq xəstəliyi dərmanlarının verilmədiyi üçün vəziyyətinin pisləşdiyi və xəstəxanaya aparıldığı qeyd olunub.

Dünən günorta saatlarında Avropada mühacirətdə yaşayan azərbaycanlı fəal Mehdi Kuxiyanın anası Fərəngis Fəthi və bacısı Əkrəm Kuxiyan Məlikkəndi şəhərində çox sayda təhlükəsizlik və polis qüvvələrinin evlərnə basqın etməsi nəticəsində həbs edildilər.

Onların həbsin səbəbləri, onlara qarşı irəli sürülən ittihamlar və nə şəkildə azadlığa buraxıldığı ilə bağlı ətraflı məlumat yoxdur.

Forum

XS
SM
MD
LG