İsrail Xarici İşlər Nazirliyinin Qüdsdə siyasət məsələləri üzrə direktoru Aliza Bin Nun Azərbaycan Xarici İşlər Nazirliyində və Prezident Administrasiyasında danışıqlar aparıb.
"Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevlə məhsuldar nazirliklərarası məsləhətləşmələr apardım. Möhkəm münasibətlərimiz və onların gələcək inkişafı yollarının axtarışı məsələləri ətraflı müzakirə olunub. Bundan başqa, Yaxın Şərqdə və Qafqazda inkişaf etməkdə olan dinamikaya nəzər saldıq. Səmimi qəbul və faydalı ideya mübadiləsi üçün minnətdaram", o X platformasında qeyd edib.
Aliza Bin Nun Azərbaycan Prezident Administrasiyasında görüşü barədə isə bunları yazıb7
"Dostum, prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi səfir Elçin Əmirbəyovla da mehriban görüşümüz keçirilib. Müzakirələr ikitərəfli və regional məsələləri əhatə edib, Qafqazda və Yaxın Şərqdə cari hadisələrə xüsusi diqqət yetirdik", İsrail diplomatı X platformasında yazıb.
Azərbaycan Xarici İşlər Nazirliyi və Prezident Administrasiyası görüşlərlə bağlı hələ məlumat yaymayıb.
Forum