Accessibility links

Rail Abbasov ona qarşı irəli sürülən ittihamların saxta olduğunu bildirir


Rail Abbasov
Rail Abbasov

Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Rail Abbasovun işi üzrə məhkəmə prosesi davam edib.

Bugünkü iclasda onun ifadələri dinlənilib. Rail Abbasov ifadəsində özünü təqsirli bilmədiyini deyib. O qeyd edib ki, Bəxtiyar Hacıyevin müdafiəsində fəal iştirakına görə həbs olunub.

Rail Abbasov ifadəsində bildirib ki, onun mənzilində də axtarış aparılıb, özü isə 10 saat ərzində dindirilib.

İrəli sürülən "dələduzluq" ittihamına gəlincə, o bu ittiham saxtalaşdırıldığını bildirib. Fəal qeyd edib ki, zərərçəkmiş Əsgər Həziyevin Abbasovun şikayəti tamamilə əsassızdır.

Növbəti məhkəmə iclası mayın 30-a təyin edilib.

Bakının Nəsimi rayon Məhkəməsi ötən il sentyabrın 20-də Rail Abbasov barəsində həbs qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Forum

XS
SM
MD
LG