Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov parlament seçkilərinin bu ilin noyhabr ayından əvvəl keçirləcəyini istisna etməyib.
Mayın 2-də MSK-nın iclasında Pənahov bildirib ki, artıq parlament seçkilərinə hazırlığa başlanmalıdır.
"Yazda, payızda bəzi işləri daha rahat görmək olur. Ona görə də artıq hazırlığa başlamalıyıq. Yanvar ayından başlayaraq seçici siyahılarının dəqiqləşdirilməsi də həyata keçirilir. Parlament seçkiləri ilə əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi prosesi sürətləndirilməlidir”, o bildirib.
MSK sədri noyabrda keçiriləcək növbəti parlament seçkilərinin önə çəkilməsi səbəbini ölkədə keçiriləcək COP29 iqlim konfransı ilə əlaqələndirib.
Azərbaycan Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildə bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir.
Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir.
Xatırladaq ki, bundan öncəki parlament seçkiləri və son iki prezident seçkiləri növbədənkənar keçirilib.
Forum