Accessibility links

İctimai fəalın 20 gündür aclıq aksiyası keçirdiyi bildirilir


Zəka Mirağayev
Zəka Mirağayev

İctimai fəal Zəka Mirağayevin aprelin 11-dən aclıq aksiyası keçirdiyi bildirilir. Bu barədə vəkil Elçin Sadıqov Amerikanın Səsinə məlumat verib.

3 saylı İstintaq Təcridxanasında fəalla görüşən vəkil deyir ki, o, həbsinə etiraz olaraq aclığa başlayıb:

"Səhhəti çox pisdir, güclə yeriyirdi. Dedi ki, Daxili İşlər Nazirliyinə tənqidi açıq məktub yazmışdı, bundan sonra şərlənərək həbs olunub. Narkotiki cibinə polis qoyub. O da qanunsuz həbsinə etiraz olaraq aclığa başlayıb".

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, iddialar əsassızdır və şəxsi mülahizələrdir.

"Zəka Mirağayev barəsində araşdırma aparılır, araşdırma çərçivəsində o, saxlanılıb. Onun yaxınlarının iddiaları araşdırma predmeti olduğu üçün tövsiyə edilir ki, istintaqa müraciət etsinlər".

İctimai fəal Zəka Mirağayev həbsindən öncə hüquq müdafiəçisi Rüfət Səfərova müraciət edib ki, hökuməti, polisi sərt tənqid etmək qərarına gəlib.

"O yazmışdı ki, bilir tənqidi münasibətindən sonra onu şərləyib həbs edəcəklər. Həbs edilərsə onu müdafiəsiz qoymayaq. Mirağayev daxili işlər naizirliyinin rəhbərliyi barədə tənqidi post yayan kimi şərləyib həbs ediblər", Səfərov facebook səhifəsində yaydığı videoda deyir.

Zəka Mirağayev ötən il oktyabrın 11-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və Səbail Rayon Məhkəməsi barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Fəal özünü təqsirli bilmir və həbsini qanunsuz hesab edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG