Accessibility links

Təbrizdə havanın çirkliliyi həssas qruplar üçün təhlükəli səviyyəyə çatıb


Təbrizdə hava çirkliliyi
Təbrizdə hava çirkliliyi

Təbrizin hava keyfiyyəti indeksi 108-ə çatıb və həssas qruplar üçün təhlükəli elan edilib.

Rəsmi İRNA xəbər agentliyi, Şərqi Azərbaycan vilayətinin Ətraf Mühit İdarəsinə istinadən Təbrizin havasında 2.5 mikrondan kiçik hissəciklər olduğu üçün əhaliyə xəbərdarlıq edib.

Təbrizdə ürək-damar, böyrək və ağciyər xəstəlikləri olan insanların, hamilə və süd verən anlarıın, qocaların və uşaqların evdən çıxmaması xahiş olunub.

İran şəhərlərində havanın çirklənməsi əhalinin ən mühüm problemlərindən biridir. Təbriz, Urmiyə və İran Azərbaycanının digər şəhərlərində, havanın çirklənməsi bəzən o həddə çatır ki, məktəblər bir neçə gün tətil edilir.

Ətraf Mühit İdarəsinin rəsmiləri deyirlər ki, temperatur inversiyası, nəqliyyat vasitələri və Təbriz ətrafındakı sənaye bölmələrinin fəaliyyəti kimi amillər bu şəhərdə havanın çirklənməsini artıran üç mühüm amildir.

Təbriz elektrik stansiyasında təbii qaz əvəzinə mazut istehlakı, qeyri-standart və köhnə maşınlar və bunlar kimi bir sıra digər amillər İran Azərbaycanının böyük şəhərlərində hava çirkliliyi əhali üçün təhlükəli hal alır.

Forum

XS
SM
MD
LG