Accessibility links

Bəxtiyar Hacıyevin məhkəməsi zərərçəkənin ifadəsi ilə davam edib


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Aprelin 26-da Bakı Ağır Cinayətlər məhkəməsində insan haqları fəalı Bəxtiyar Hacıyevin məhkəmə prosesi davam edib.

Məhkəmə prosesində zərərçəkmiş tərəf - jurnalist Ülviyyə Muradova (Alovlu) ifadə verib.

Bəxtiyar Hacıyev ilk dəfə Ülviyyə Muradova ilə aralarında olan insidentlə əlaqədar həbs olunub. Bugünkü iclasda Ülviyyə Muradova, ibtidai istintaq zamanı verdiyi Hacıyevin ona qarşı xuliqanlıq etdiyi haqqında ifadələrini təkrar edib.

Zərərçəkənin ifadəsindən sonra Bəxtiyar Hacıyev və vəkilləri Ülviyyə Muradovaya suallar verib. Lakin o, Hacıyevin və onun vəkillərinin suallarına "yadımda deyil", "bilmirəm", "unutdum" kimi qeyri-müəyyən cavablar verib. Bu səbəbdən Bəxtiyar Hacıyev Muradovanın yalan ifadə verdiyi haqqında vəsatət qaldırıb.

Hakim vəsatətə növbəti iclasda münasibət bildirəcəyini deyib.

Növbəti məhkəmə prosesi mayın 3-ə təyin edilib.

Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci il tarixində məhkəməyə qarşı hörmətsizlik (CM-in 221 və 289-cu maddələri ) ittihamı ilə saxlanılıb. Elə həmin ilin iyulunda ona qarşı CM-in 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Noyabrın 7-də Hacıyevə qarşı CM-in 213.1-ci (vergi, işsizliyə görə sığorta, icbari tibbi və sosial sığorta ödənişindən yayınma) maddəsi ilə ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev ona qarşı irəli sürülən bütün ittihamların saxta olduğunu bildirir və həbsinin və ittihamların səbəbinin hakimiyyəti tənqid etməsi ilə olduğunu deyir.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Forum

XS
SM
MD
LG