Accessibility links

Siyasi fəal Səid Minayi İranın milli təhlükəsizliyini pozmaqda ittiham edilir


Səid Minayi (Mənbə: Araz News Telegram kanalı)
Səid Minayi (Mənbə: Araz News Telegram kanalı)

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, yazar və siyasi fəal Səid Minayi bu günlərdə Tehranın Evin prokorurluğunda özünü ittihamlara qarşı müdafiə edib.

Fevral ayının ilk həftəsində İran Azərbaycanında nəzarət altına alınan Səid Minayi təqribən 5 həftə Tehranın Evin həbsxanasında saxlanıldıqdan sonra mülki zəmanətlə sərbət buraxılıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, “türk fəal Səid Minayi Evin prokurorluğunun 5-ci şöbəsində özünü ‘İranın daxili və xarici təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq’ ittihamına qarşı müdafiə edib.

HRA agentliyinin bildirdiyinə görə, “Minayi fevralın ilk həftəsində həftələrlə Evin həbsxanasının təkadamlıq kamerasında saxlanılıb və həbsxananın kəşfiyyat qurumunun nəzarətindəki 209-cu bölməsində sorğu-sual edilib”.

Əslən Şərqi Azərbaycan vilayətindən olan Minayi keçmişdə də sosial şəbəkələrdə məqalə və video formasında paylaşdığı tənqidi şərhləri ilə əlaqədar təhlükəsizlik qüvvələrinin təhdid və təzyiqlərinə məruz qalıb.

Keçən günlərdə başqa fəallar da İran Azərbaycanından Evin prokurorluğuna çağırılıblar. Bu fəallar fevral ayının 5-7-si tarixlərində İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində nəzarət altına alınan 30-a yaxın siyasi fəalların arasında olublar. Onların bir çoxu müvəqqəti azadlığa buraxılıb, ancaq bəzilərinin həbsi davam edir.

Forum

XS
SM
MD
LG