Accessibility links

ABŞ-da Azərbaycan banklarının missiyası açılıb


Azərbaycan və ABŞ maliyyə sektorunda əlaqələri müzakirə edir (Mənbə: ABŞ səfirliyi)
Azərbaycan və ABŞ maliyyə sektorunda əlaqələri müzakirə edir (Mənbə: ABŞ səfirliyi)

Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi Azərbaycanın bankçılıq missiyasının ABŞ-a ilk geniş tərkibdə işgüzar səfəri başlayıb.

Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə baş tutan səfərdə ölkənin aparıcı maliyyə institutlarının rəhbərləri iştirak edir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, səfər çərçivəsində ilk görüş ABŞ Dövlət Departamentində baş tutub. Görüşdə hər iki ölkənin nümayəndələri tərəfindən təqdimatlar keçirilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan və ABŞ maliyyə sektorunda əlaqələri müzakirə edir (Mənbə: ABŞ səfirliyi)
Azərbaycan və ABŞ maliyyə sektorunda əlaqələri müzakirə edir (Mənbə: ABŞ səfirliyi)

Daha sonra ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun idarə direktoru Mark Kameron ilə ikitərəfli görüş keçirilib. Görüş zamanı səfərin hər iki maliyyə sektorları arasında əməkdaşlığın genişləndirilməsinə əhəmiyyətli töhfə verəcəyi qeyd olunub.

Aprelin 24-də ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) Azərbaycan Banklar Assosiasiyası ilə birgə tarixdə ilk dəfə olaraq icraçıların rəhbərliyi altında Azərbaycan Banklarının ABŞ-da missiyasınının açılışı olub.

“Səfər zamanı ABŞ hökuməti maraqlı tərəflər ilə ticarət, biznes, maliyyə və daha çox mövzularda səmərəli müzakirələr aparır. ABŞ və Azərbaycanın maliyyə sektorları arasında əməkdaşlıq çərçivəsini artırmağa çalışdığımız üçün bu dialoqlar vacibdir”, ABŞ səfirliyi bildirir.

Forum

XS
SM
MD
LG