Accessibility links

Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır


Türkiyə-Rusiya Monitorinq Mərkəzi
Türkiyə-Rusiya Monitorinq Mərkəzi

Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır.

“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin başa vurulması istiqamətində görülən işlər tərəflərin qarşılıqlı koordinasiyası şəraitində davam edir” - deyə, məlumatda
qeyd olunur.

Aprelin 17-də Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Qarabağda yerləşdirilən Rusiya sülhməramlı kontingentinin ərazini vaxtından əvvəl tərk edəcəyini
açıqlayıb.

“İki ölkənin ali rəhbərliyi belə qərara gəlib”, Hacıyev bildirib.

Rusiya sülhməramlı kontingenti İkinci Qarabağ Müharibəsi başa çatandan sonra Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli
üçtərəfli bəyanat əsasında Qarabağda yerləşdirilib. İlkin missiya müddəti 5 il nəzərdə tutulub. 2025-ci ilin aprelinə qədər tərəflər sülhməramlıların qalma müddətini uzatmamaq istəyini ifadə etməyəcəyi halda bu müddət avtomatik olaraq daha beş il uzadılmalı idi.

Üçtərəfli razılaşmaya əsasən, kontingentə atıcı silahlarla təchiz edilmiş 1960 hərbi qulluqçu, 90 zirehli nəqliyyat vasitəsi, 380 ədəd avtomobil və xüsusi texnika daxil idi.

Bundan bir müddət sonra Türkiyə ilə Rusiya arasında imzalanan memorandumla Qarabağ regionunda atəşkəsə nəzarət və pozuntuların qarşısının alınması məqsədilə 30 yanvar
2021-ci il tarixində Azərbaycanın Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb.

Forum

XS
SM
MD
LG