Accessibility links

Son bir həftə ərzində Azərbaycanda 10-a yaxın "TikTok" istifadəçisi həbs olunub


"TikTok" sosial şəbəkəsində azərbaycanlı istifadəçilərdən bir neçəsinin həbs olunduğu ilə bağlı məlumat yayılıb.

Daxili İşlər Nazirliyi bildirir ki, onlar sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar etdikləri üçün 30 sutka müddətinə həbs olunublar.

Azərbaycanda "TikTok" sosial şəbəkəsində məşhurlaşan Sadiq Mirzəyev həbs olunub. Ona Ağcabədi Rayon Məhkəməsinin qərarıyla 30 sutka həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsi ilə ittiham olunur.

36 yaşlı Sadiq Mirzəyev "Tik-Tok"da məşhur olan 9 yaşlı Adəm Mirzəyevin atasıdır. Onlar birlikdə "Tik-Tok"da müxtəlif paylaşımlar edirdi. Sadiq Mirzəyevin azyaşlı oğlu ilə birlikdə çıxışlarında nalayiq ifadələr işlətdiyi, övladının tərbiyəsinə neqativ təsir göstərdiyi iddia olunub. Mirzəyev bir neçə dəfə Ağcabədi Rayon Polis Şöbəsinə çağırılaraq xəbərdarlıq olunduğu deyilir. Adəm Mirzəyevin videosunu yaydığına görə onların həmyerlisi – Ağcabədi rayonunun Hüsülü kənd sakini Samir Ələsgərov da həbs olunub. Ələsgərova 10 sutka inzibati həbs cəzası verilib.

Son bir həftə ərzində Azərbaycanda 10 nəfərə yaxın "TikTok" istifadəçisi həbs olunub.

Onların arasında "Magerramoff" adıyla tanınan Əmrah Məhərrəmov və "Miri" ləqəbli Mirnamiq Mirələmzadə, "Roşka" ləqəbli Rövşən Süleymanov, "Po jizni Cesi" ləqəbi ilə tanınan Cəsarət Cavadov da var.

Forum

XS
SM
MD
LG