Accessibility links

Basqalda kəlağayı istehsalı

Abbasəli Talıbov İsmayıllının Basqal kəndində kəlağayı hazırlayanlardan biridir. Uşaqlıqdan kəlağayı işi ilə məşğul olan Abbasəli kişi deyir ki, gözünü açandan evində kəlağayı hazırladığını görüb.

1993-cü ildən Basqalda kəlağayı sexi fəaliyyət göstərsə də, sonradan sex fəaliyyətini dayandırıb. Sex bağlanana qədər orada hər gün 3000-dən çox kəlağayı hazırlanır, satış üçün ölkə daxilinə və ölkə xaricinə göndərilirdi.

Abbasəli kişi deyir ki, hər gün sifarişdən asılı olaraq 4-5 kəlağayı hazırlamaq mümkün olur. Bütün kəlağayılar əl ilə hazırlandığından çox vaxt alır.

Hər bir kəlağayı bir neçə dəfə rənglənməyə göndərilir, naxışından asılı olaraq hazırlanmasına üç gündən bir həftəyə qədər vaxt sərf edilir. Bu kəlağayılarının qiyMəti isə 50-100 manat arası dəyişir. Ən çox da kəlağayılarla turistlər maraqlanır.


XS
SM
MD
LG