Accessibility links

Ərdəbildə İranın İsrailə hücumu ilə bağlı yazı paylaşan şəxs saxlanılıb


Ərdəbil vilayətində bir nəfər sosial şəbəkələrdə paylaşdığı yazılar səbəbilə kiber-polis qüvvələri tərəfindən nəzarət altına alınıb.

Bu barədə Ərdəbilin Ümumi və İnqilab Prokurorluğuna istinadən məlumat yayan dövlət agentliyi İRNA həbsin İranın İsrailə pilotsuz təyyarələr və raketlərlə hücumu ilə əlaqədar baş verdiyini bildirib.

İRNA-nın xəbərində saxlanılan vətəndaşdan “ictimai rəydə manipulyasiya edən şəxs” olaraq bəhs edilib. Şəxsin kimliyi açıqlanmayıb.

İRNA-nın yazdığına görə, “Ərdəbil ümumi və inqilab prokuroru Cəlal Afaqinin bildirdiyinə görə, son günlərdə sosial şəbəkələrdə yalan məlumat yayaraq ictimai rəydə manipulyasiya edən şəxs Ərdəbil kiber-polis qüvvələri tərəfindən müəyyən edilərək nəzarət altına alınıb.”

Cəlal Afaqi həmçinin İsrailin “psixoloji əməliyyatlarına uyğun məzmun yaradıb və ya paylaşanlara qarşı kəskin ölçülər götürüləcəyini” ifadə edib.

“İslam İnqilabı Qvardiyasının zəfərli əməliyyatı əziz ölkəmiz və nəcib millətimizin dini, qanuni və təbii hüququnu müdafiə yönündə həyata keçirildi. Ancaq düşmənin media nəhəngləri bütün səylərini həqiqəti təhrif etmək üçün sərf edirlər. Bu səbəblə sosial media istifadəçilərinin diqqətli olmaları lazimdir. Sionist rejimin psxixoloji əməliyyatlarının məqsədlərinə uyğun olan məzmunlar hazırılamaq və ya paylaşmaq cinayət hesab edilir və cinayət törədənlərə qarşı kəskin ölçülər götürüləcək,” deyə Ərdəbil prokuroru əlavə edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG