Accessibility links

Azərbaycandan İsrailə təyyarə reysləri təxirə salınıb


Bakı Beynəlxalq Hava limanı
Bakı Beynəlxalq Hava limanı

Bakıdan Təl-Əvivə uçuşlar ləğv olunub.

Bu barədə Bakı Beynəlxalq Aeroportu məlumat yayıb.

Məlumata əsasən, aprelin 14-də Bakı vaxtı ilə saat 09.05 və 18.40-a planlaşdırılan iki reys təxirə salınıb.

"Azərbaycan Hava Yolları" aviaşirkətinin məlumatında isə deyilir ki, Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin bəzi reysləri təhlükəsizlik məqsədilə və bəzi ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir.

Məlumata görə, “Azərbaycan Hava Yolları” aviaşirkətinin İslamabad-Bakı (J2 5144); Dammam-Bakı (J2 8210); Dehli-Bakı (J2 058); Dubay-Bakı (J2 016) reysləri təhlükəsizlik məqsədilə və bəzi ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir.

Bununla yanaşı, AZAL şirkəti Azərbaycandan daha hansı isdtiqamətlərə təyyarə reyslərinin təxirə salınması ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Bu gün (14 aprel) İran İsrailə qarşı “Doğru Vəd” adlı əməliyyata başladığını və İsrailə onlarla PUA və raket atdığını təsdiqləyib.

Aprelin 1-də İsrail HHQ-nin Suriya paytaxtı Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində 13 nəfər, o cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb. Həmin vaxtdan sonra İran və İsrail arasında gərginlik artıb.

Forum

XS
SM
MD
LG