Accessibility links

Məhkəmə Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib


Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Martın 28-də Bakının Xətai Rayon Məhkəməsində "Toplum" TV-nin hüquqi təsisçisi Ələsgər Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətə baxılıb. Hakim vəsatəti təmin etməyib.

Vəkil Aqil Layıcın sözlərinə görə, vəsatət Ələsgər Məmmədlinin səhhətinin pisləşməsi ilə əlaqədar verilib.

"Onun qalxanabənzər vəzindəki şişin həcmi artıb, boğulmalar baş verir. Elə məhkəmə iclasında onun qan təzyiqi 160-a qalxıb. Məmmədli özü məhkəmədən onun müalicəsi üçün şərait yaratmağı xahiş edib" - deyə, vəkil qeyd edib.

Müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.

Martın 9-da Bakı şəhəri Xətai Rayon Məhkəməsi Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. O, qaçaqmalçılıqda ittiham olunub. Bundan öncə, martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, əməkdaşlıarın evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Tolpum TV-nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Forum

XS
SM
MD
LG