Accessibility links

Azərbaycan məhkəməsi İran vətəndaşını 12 il azadlıqdan məhrum edib


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan ərazisində casusluqda ittiham olunan İran vətəndaşı Qaedi Məhəmməd Nəcəf oğluna hökm oxunub. Məhkəmə onu cəzasını ciddi rejimli koloniyada çəkməklə 12 il azadlıqdan məhrum edib.

Qaedi Məhəmməd ötən ilin martında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

DTX-nin məlumatına görə, Qaedi Azərbaycanın təhlükəsizliyinə zərər vurmaqdan ötrü istifadə məqsədilə dövlət sirri təşkil edən informasiyaları toplamaq tapşırığı alıb.

“Toplanılmış çoxsaylı sübutlar əsasında Qaedinin xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət sirri olan və Azərbaycanın təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatların toplanılması və verilməsinin təşkili, o cümlədən Azərbaycan hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olub”, DTX-nin ötən il martın 14-də yaydığı məlumatda deyilir.

O, Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsilə cinayət məsuliyyətinə cəlb edilib.

Qaedi Məhəmmədin vəkili, yaxınları və İranın rəsmi qurumları məhkəmənin hökmünə hələ münasibət bildirməyib.

Forum

XS
SM
MD
LG