Hüquq müdafiəçiləri Şərqi Azərbaycan vilayətinin Səhənd şəhərində Vəhid Əsgəri adlı bir məktəb şagırdinin təqribən iki həftədir həbsdə olduğuna bildirir.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və İran İnsan Haqları Cəmiyyətinin (IHRS) martın 19-da yaydıqları xəbərə görə, “təhlükəsizlik qüvvələri 17 yaşlı məktəb şagirdini mart ayının 6-da nəzarət altına alıblar. Ailəsi hələ də onun harada saxlanıldığını bilmir.”
HRA agetnliyi ailəyə yaxın mənbələrə istinadən yazıb ki, “məmurlar onu həbs etdikdən sonra ailəsinin evində axtarış apararaq, kompüter və mobil telefonu kimi şəxsi əşyasını müsadirə ediblər. O, nəzarət altına alındıqdan bir neçə saat sonra ailəsinə telefon edib ancaq harada saxlanıldığını deməyib.”
Yeniyetmənin hansı səbəblərə görə tutulduğuna dair məlumat yayılmayıb.
Hüquq müdafiə qurumunun bildiridiyinə görə, “Vəhid Əsgəri Səhənd şəhərinin sakini olan Yusuf və Susənin oğludur. Əsgəri ailəsi məhkəmə və təhlükəsizlik qurumlarına müraciət etsə də yeniyetmə övladının vəziyyəti ilə bağlı heç bir cavab ala bilməyib. Onun mədə-bağırsaq xəstəliyindən əziyyət çəkdiyi bildirilir.”
Forum