Accessibility links

Co Bayden İlham Əliyevə Novruz bayramı münasibəti ilə təbrik ünvanlayıb


Cozef Bayden və İlham Əliyev
Cozef Bayden və İlham Əliyev

Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Novruz bayramı münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Bu barədə Azərbaycan Prezidentinin Administrasiyası məlumat yayıb.

ABŞ Prezidentinin təbrikində deyilir: “Amerika Birləşmiş Ştatlarının xalqı adından Sizə və Azərbaycan xalqına xoş arzularımı yetirir və Novruz bayramınızın dinc, firavan və sevincli keçməsini diləyirəm.

Yenilənmə və düşünmə fəslini qeyd etdiyimiz bir vaxtda Amerika Birləşmiş Ştatları ölkələrimiz arasında tərəfdaşlığa və gələcək nəsillər üçün regionda təhlükəsizliyi təşviq edəcək, Azərbaycan və Ermənistan arasında möhkəm və ləyaqətli sülhə nail olunmasına davamlı sadiqliyini bir daha təsdiq edir. Bu il ərzində regional bağlılığın irəlilədilməsi və iqtisadi inkişafın genişləndirilməsi üçün Sizinlə birgə çalışmağı arzu edirəm. Novruz bayramınız mübarək!”

Forum

XS
SM
MD
LG