Accessibility links

Azərbaycan və İran elektroenergetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib


Pərviz Şahbazov və Əli Əkbər Mehrabian (Mənbə: Energetika Nazirliyi)
Pərviz Şahbazov və Əli Əkbər Mehrabian (Mənbə: Energetika Nazirliyi)

İranda səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov Tehranda bu ölkənin energetika naziri Əli Əkbər Mehrabian ilə görüşüb.

Azərbaycan Energetika Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, görüşdə iki ölkə arasında elektroenergetika sahəsində aktual əməkdaşlıq məsələləri müzakirə edilib.

“Nazirlər Araz çayı üzərində “Xudafərin” və “Qız-Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi layihəsinin icra vəziyyətinə dair fikir mübadiləsi aparıb. Tezliklə “Xudafərin” və “Qız-Qalası” hidroqovşaqlarının açılış mərasiminin keçiriləcəyi bildirilib. Həmçinin elektrik stansiyalarının inşası ilə bağlı prosesin sürətləndirilməsi razılaşdırılıb. Su ehtiyatlarından istifadə, həmçinin tarixi “Xudafərin” körpülərinin bərpası, qorunması və saxlanması üzrə İran tərəfi ilə birgə tədbirlərlə bağlı məsələlər müzakirə edilib”, məlumatda qeyd edilir.

Görüşdə Araz çayı üzərində 36 MVt gücündə Ordubad SES-in inşasını sürətləndirəcək tədbirlərin görülməsi, həmçinin Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin əlaqələndirilməsi üzrə əməkdaşlığın hazırkı vəziyyəti nəzərdən keçirilib. Qısa müddətdə üçtərəfli görüşün keçirilməsi qərara alınıb.

Söhbət zamanı elektrik enerjisinin mübadiləsi, həmçinin tranziti üzrə əməkdaşlığın genişləndirilməsi də müzakirə olunub.

Forum

XS
SM
MD
LG