Accessibility links

Bakı Apellyasiya Məhkəməsi Ələsgər Məmmədli və Ruslan İzzətlinin şikayətinə baxacaq


Məhkəmə "Toplum TV" işinə görə saxlanılanlar barəsində həbs qərarı verib
Məhkəmə "Toplum TV" işinə görə saxlanılanlar barəsində həbs qərarı verib

Martın 15-də Bakı Apellyasiya Məhkəməsində Toplum TV-nin hüquqi təsisçisi Ələsgər Məmmədlinin və "III Respublika” Platformasının üzvü Ruslan İzzətlinin apellyasiya şikayətinə baxılacaq.

Yaxınlarının Amerikanın Səsinə verdiyi məlumata görə, apellyasiya şikayətində Xətai Rayon Məhkəməsinin onlar barəsində iqtintaq dövrü üçün seçdiyi 4 aylıq həbs qətimkan tədbiri qərarının ləğvi xahiş edilib.

Martın 9-da Bakı şəhəri Xətai Rayon Məhkəməsi "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Onlar qaçaqmalçılıqda ittiham olunurlar.

Onlar ittihamı qəbul etmir, siyasi sifariş hesab edir.

Bundan önsə, martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, əməkdaşlıarın evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Tolpum TV-nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkana tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkana tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Forum

XS
SM
MD
LG