Accessibility links

ABŞ və Türkiyə Cənubi Qafqazda davamlı sülhün əldə edilməsində əməkdaşlığı müzakirə edib


Antoni Blinken və Hakan Fidan (Məndə: Sosial media)
Antoni Blinken və Hakan Fidan (Məndə: Sosial media)

ABŞ Dövlət katibi Antoni Blinken və Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış və davamlı sülh sazişinin əldə olunması üçün birgə işləmək öhdəliyi götürüblər və bunun regional sabitliyə, əməkdaşlığa və rifaha kömək edəcəyi ilə bağlı razılığa gəliblər.

Bu barədə Amerika Birləşmiş Ştatları və Türkiyə hökumətlərinin ABŞ-Türkiyə Strateji Mexanizminin yeddinci iclası ilə bağlı bəyanatda deyilir.

Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin Dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında Vaşinqtonda keçirilən görüş haqqında yaydığı məlumatda da deyilir ki, tərəflər Suriya, Cənubi Qafqaz və Yaxın Şərqdə davamlı sülhün əldə edilməsi ilə bağlı ABŞ-Türkiyə əməkdaşlığını müzakirə edib.

"Dövlət katibi və Xarici İşlər Naziri Birləşmiş Ştatlar və Türkiyə arasında ticarət və sərmayəni artırmaq barədə razılığa gəldilər və bir daha təsdiq etdilər ki, Rusiyanın Ukraynaya qeyri-qanuni tammiqyaslı müdaxiləsinə baxmayaraq, Qara dəniz regionu təhlükəsiz qalmalıdır. Onlar həmçinin ABŞ-Türkiyə Fulbrayt proqramının 75-ci ildönümünü qeyd etdilər və İsveçin NATO-nun 32-ci müttəfiqi kimi qəbulunu alqışladılar. Onların görüşü ABŞ-Türkiyə Strateji Mexanizminin himayəsi altında keçirilən iki günlük yüksək səviyyəli ikitərəfli müzakirələrə yekun vurub”, məlumatda qeyd edilir.

Forum

XS
SM
MD
LG