Accessibility links

Qalib Toğrul: Məhkəmə Qubad İbadoğlunu ev dustaqlığına buraxmadı


Qubad İbadoğlu (Gubad Ibadoghlu)
Qubad İbadoğlu (Gubad Ibadoghlu)

Martın 7-də Bakı Nərimanov Məhkəməsində Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı vəkillərin vəsatətinə baxılıb.

İqtisadçı alimin qardaşının Amerikanın Səsinə verdiyi məlumata görə, məhkəmə vəsatəti təmin etməyib. Onun sözlərinə görə, Qubad İbadoğlunun həbsinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatətin səbəblərindən biri onun səhhətində yaranmış kritik vəziyyətlə bağlıdır.

Qalib Toğrul: Məhkəmə Qubad İbadoğlunu ev dustaqlığına buraxmadı
please wait

No media source currently available

0:00 0:02:12 0:00

“Xüsusilə şəkərin yüksək olması onun daxili orqanlarında, damarlarında müəyyən geridönməz fəsadlara səbəb olub. Çox təəssüf ki məhkəmə vəsatəti təmin etmədi”, o deyib.

Bununla belə Qalib Toğrul məhkəmənin bu qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.

Öz növbəsində Amerikanın Səsinin Qubad İbadoğlunun səhhəti ilə bağlı şərh almaq cəhdi baş tutmayıb.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG