Accessibility links

Marağa həbsxanasında saxlanılan siyasi fəala lazımi tibbi yardım göstərilmədiyi bildirilir


Muxtar İbrahimi, siyasi fəal (Mənbə: Araz News Telegram kanalı)
Muxtar İbrahimi, siyasi fəal (Mənbə: Araz News Telegram kanalı)

Hüquq müdafiəçiləri Şərqi Azərbaycan vilayətinin Marağa şəhərində həbsdə olan siyasi fəal Muxtar İbrahiminin səhhətinin yaxşı olmadığına rəğmən lazımi tibbi yardımdan məhrum olduğuna dair məlumat yayıblar.

Muxtar İbrahimi yanvarın 22-də daha əvvəl məhkum olduğu bir illik həbs cəzasını çəkmək üçün Marağa həbsxanasına göndərilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Azərbaycan İnsan Haqları Cəmiyyəti (Ərk) kimi mənbələrə görə, İbrahimi ciddi böyrək problemi yaşayır və ixtisaslaşmış tibbi yardıma ehtiyacı var.

“Türk fəal böyrək problemlərindən əziyyət çəkir. Onun ixtisaslaşmış tibbi yardım üçün xəstəxanaya göndərilməyə ehtiyacı olmasına baxmayaraq, onaMarağa həbsxabasının klinikasında yalnız ağrıkəsici dərman yazıblar,” HRA agentliyi bildirib.

Muxtar İbrahimi “İslam Respublikası nizamına qarşı təbliğat” fəaliyyəti göstərmək ittihamı ilə bir il həbs cəzasına məhkum olunub. O, keçmiş illərdə də göstərdiyi mədəni və siyasi fəaliyyətlər səbəbilə dəfələrlə nəzarət altına alınaraq həbs və mühakimə olunub.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG