Accessibility links

Azərbaycanın yeni ədliyyə nazirindən çoxsaylı islahat gözləntiləri var


Fərid Əhmədov (Mənbə: Sosial şəbəkə)
Fərid Əhmədov (Mənbə: Sosial şəbəkə)

Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Əhmədov Azərbaycanın ədliyyə naziri təyin edilib.

Rəsmi qurumlar və müstəqil təhlilçilər ədliyyə sistemində ciddi islahatlara ehtiyac duyulduğunu bildirir.

Yeni nazir Fərid Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub. O, 2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə Beynəlxalq hüquq üzrə magistr təhsilini bitirib. 2003-cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb. 2009-cu ildə doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdçüsü olaraq daxil olub. 2016-cı ildə Oksford Universitetinin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2000-ci ildən 2024-cü ilin fevralınadək Azərbaycanda ədliyyə naziri Fikrət Məmmədov olub. Məmmədov yeni formalaşdırılan hökumətdə yer almayıb. O, Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.

Bəs, Azərbaycan ədliyyə sistemində hansı islahatlara ehtiyac duyulur? Amerikanın Səsinin bu sualının cavabında vəkil Fuad Ağayev və Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc çoxsaylı islahatlara ehtiyac duyulduğunu bildirib.

Fuad Ağayev
Fuad Ağayev

“Azərbaycanın ədliyyə sistemində, eələcə də məhkəmə sistemində çoxsaylı islahatlara ehtiyac var. Ancaq bu islahatlar sözdə islahat deyil, real, həqiqi islahatlar olmalıdır”, vəkil Fuad Ağayev qeyd edib.

Ağayev yeni təyin edilmiş nazirin elmi dünyagörüşünü müsbət xarakterizə edib.

Fuad Ağayev: Ədliyyə sistemində çoxsaylı islahatlara ehtiyac var
please wait

No media source currently available

0:00 0:07:42 0:00

“Uzun müddət rəhbərlik etmiş nazirdən sonra yeni nazirin təyin edilməsi ola bilər müsbət nəticələnsin. Amma gərək atılan addımları izləyək. Çünki indiyədək ədliyyə və məhkəmə sistemində edilən dəyişikliklər qarmaqarışıqlıq yaradıb. Məsələn, inzibatı məhkəmədə hər hakimin icraatında eyni vaxtda yüzlərlə, bəzən 500-600 iş olur. Bu normal ola bilməz”, o qeyd edib.

Ağayevin fikrincə, inzibati məhkəmələrin yaranması vətəndaşların vəizyyətini yaxşılaşdımaq əvəzinə daha da pisləşdirib.

Vəkil notariat sistemində islahatlardan danışarkən deyib ki, notariusların fəaliyyəti həddindən artıq mərkəzləşdirilib.

“Notariuslar hətta qanunvericilikdə əksini tapmış məsələlərin həllində bəzən çətinləşirlər ki, baş idarə necə qiymət verəcək”.

Bundan başqa, Ağayev Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi ilə bağlı deyib ki, bu idarədə bir çox məhkəmə qərarları, o cümlədən dövlət orqanlarına qarşı qəbul edilmiş məhkəmə qərarları bəzən on ildən də artıq müddətdə icra edilmir.

“Vətəndaşlar, onların qohumları bəzən illərlə bu idarəyə ayaq döyürlər, məhkəmə qərarlarının icrasına nail ola bilmirlər. Bu böyük biabırçılıqdır. Keçmiş nazir də bu kimi işlərdən məlumatlı idi. Necə olur ki, dövlət üçün hətta əhəmiyyətsiz olan çox kiçik bir məbləğ vətəndaşa ödənilmir. Bu necə ola bilir?” o sual edib.

Vəkil penitensiar xidmət sahəsində islhatlarla bağlı deyib ki, bu sistemdə ilk öncə qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət edilməlidir.

“Bu yaxınlaradək vəkilin müvəkkili ilə görüş üçün COVİD testi tələb olunurdu. Qanunvericiliyin tələbinə uyğun olaraq vəkil müvəkkili ilə görüşmək üçün kimdənsə icazə almamalıdır. Halbuki vəkilin görüşü üçün Penitensiar Xidmətdən icazə istənilir. Qanunvericilikdən irəli gəlməyən məhdudiyyətlər aradan qaldırılmalıdır”, o deyib.

Vəkil həmçinin cəzaçəkmə yerlərində, istintaq təcridxanalarında və digər saxlanma yerlərində nəzarətçilərin hərəkərlərini qeydə alan video kameraların quraşdırılmasını vacib sayır.

Qurumların qeydiyyatı sistemi sahəsində islahatlara gəlincə Ağayev hesab edir ki, bu sahədə şəffaflıq yaradılmalıdır.

“Nazirlik qeydiyyat üçün müraciət etmiş qurumlara sənədlərində qanunvericiliyə uyğun olaraq düzəlişlərin aparılması üçün bütün düzəlişlər barədə eyni vaxtda məlumat verməlidir. Amma praktikada belədir ki, nazirlik əvvəlcə bir düzəliş barədə bildirir. Müraciət edən qurum həmin düzəlişi etdikdən sonra digər “səhv” tapırlar və daha sonra yenisini tapırlar. Belə süründürməçilik halları aradan qaldırılmalıdır”, o qeyd edib.

Zahid Oruc
Zahid Oruc

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Amerikanın Səsinə yeni nazirin ədliyyə sistemində ciddi islahatlar aparacağına inandığını bildirib və onu müsbət xarakterizə edib.

“Ədliyyə nazirliyi həm məhkəmə-hüquq sistemində, həm məhkəmə qərarlarının icrası sferasında, həm probasiya xidməti, notarial xidmətlər, vətəndaş aktlarının qeydiyyatı və başqa, yəni əhalinin böyük əksəriyyətinə xidmət göstərən bir sferadır. Hesab edirəm ki, yeni nazir qısa müddətdə tanınmış hüquqşünasları, üçüncü sektor təmsilçilərini, cəmiyyət adamlarını, digər tanınmış ictimai xadimləri dəvət edərək, bu platformada əsas görüləcək işlərin bir yol xəritəsini hazırlayacaq”, o qeyd edib.

Zahid Oruc: Yeni nazir görüləcək işlərin yol xəritəsini hazırlamalıdır
please wait

No media source currently available

0:00 0:04:27 0:00

Komitə sədri hesab edir ki, məhkəmə xərclərinin idarə edilməsi, vakansiyaların tutulması şəffaf olmaldır.

“Cəza sisteminin dekriminallaşdırılması, hüquq sisteminin liberallaşması üçün cinayət qanunvericliyinə üç yüzdən çox dəyişiklik olub. Həmçinin probasiya sistemi yaradılıb. Amma yenə də cəza bilərziyi kimi ədliyyə orqanlarının üzərinə mühüm işlər düşür, görürsünüz ki, o müxtəlif qanunsuzluğun, korrupsiyanın predmeti kimi qeyd olunur, o cümlədən də penitensiar xidmətə qayıtsaq məntəqə tipli cəzalara”, Zahid Oruc deyib.

Komitə sədri hesab edir ki, həmçinin qurumların dövlət qeydiyyatı sahəsində, məhkəmə qərarlarının icrası sahəsində problemlər aradan qaldırılmalıdır.

“Məhkəmə qərarılarının icrası idarəsinin rəsmilərinin dediyinə görə, hazırda 1 milyon 200 mindən çox məhkəmə qərarı icrasını gözləyir”, o qeyd edib.

Forum

XS
SM
MD
LG