Accessibility links

Senatda əksəriyyətin lideri Çak Şumerin başçılıq etdiyi nümayəndə heyəti Ukraynadadır


Arxiv: Senatda azlığın lideri Mitç Makkonnell, Ukrayna prezidenti Volodimir Zelenski və Senatda əksəriyyətin lideri Çak Şumer ABŞ Konqresində. Vaşinqton, 12 dekabr 2023-cü il.
Arxiv: Senatda azlığın lideri Mitç Makkonnell, Ukrayna prezidenti Volodimir Zelenski və Senatda əksəriyyətin lideri Çak Şumer ABŞ Konqresində. Vaşinqton, 12 dekabr 2023-cü il.

Ukraynada səfərdə olan ABŞ Senatının əksəriyyət lideri Çak Şumer (D-Nyu York) onu müşayiət edən senator Cek Rid (D-Rod Ayland, senator Maykl Bennet (D-Kolorado), senator Riçard Blumental (D-KOnnektikut) və senator Maqqi Hassanın (D-Nyu York) daxil olduğu heyəti adından bəyanat yayıb.

“Mən dörd mühüm məqsədə nail olmaq üçün prezident Zelenski ilə görüşəcək Konqres nümayəndə heyətinə rəhbərlik edirəm: Birincisi, biz Amerikanın onların yanında olduğunu və onların çox ehtiyac duyduğu və layiq olduğu maliyyəni əldə etmək üçün mübarizəni davam etdirəcəyini Ukrayna xalqına nümayiş etdirmək üçün buradayıq. Buna nail olana qədər mübarizəmizi dayandırmayacağıq.

İkincisi, biz NATO və Avropa müttəfiqlərimizlə çiyin-çiyinə dayandığımızı və Birləşmiş Ştatların Avropa və bizim ən davamlı və uğurlu ittifaqımız olan NATO-nu tərk etməyəcəyimizi nümayiş etdirmək üçün buradayıq.

Üçüncüsü, biz buraya Ukraynanın hansı növ silahlara bu qədər çox ehtiyacı olduğunu və onların tədarükünün pozulmasının nəticələrini ətraflı başa düşmək üçün toplaşmışıq - silah verilmədiyi təqdirdə Rusiyanın əldə edəcəyi konkret üstünlüklər və Ukraynanın əldə edəcəyi üstünlükləri öyrənmək üçün buradayıq.

Dördüncüsü, biz tarixin dönüş nöqtəsində olduğumuza inanırıq və bütün dünyada olan dostlarımıza və müttəfiqlərimizə ABŞ-ın bizim öhdəliklərimizdən və müttəfiqlərimizdən geri çəkilməyəcəyini açıqlamalıyıq.

Müttəfiqlərimizi dəstəkləməmək ağır siyasi, diplomatik, iqtisadi və hərbi yollarla nəticələnəcək ki, bu da gələcək onilliklər ərzində Amerika xalqına ciddi ziyan vuracaq. Vaşinqtona qayıdanda biz spiker Consona və Konqresin digər üzvlərinə açıq şəkildə izah edəcəyik ki, onlar Ukraynada, eləcə də Avropanın qalan hissəsi və azad dünya üçün hərbi və iqtisadi dəstəyin qarşısını alırlar. Biz Konqresin ayağa qalxmasını, üzərinə düşən vəzifəni yerinə yetirməsini və dostlarımıza və müttəfiqlərimizə kömək etməsini təmin etmək üçün işləməyə davam edəcəyik”.

Forum

XS
SM
MD
LG