Accessibility links

"Kanal 13" İnternet TV rəhbərinin həbs müddəti daha bir ay uzadılıb


Əziz Orucov, Kanal 13 internet televiziyasının rəhbəri
Əziz Orucov, Kanal 13 internet televiziyasının rəhbəri

"Kanal 13" İnternet TV-nin rəhbəri Əziz Orucovun həbs müddəti daha bir ay - martın 27-dək uzadılıb. Fevralın 21-də Səbail Rayon Məhkəməsi bu barədə qərar qəbul edib.

Jurnalistin vəkili Bəhruz Bayramov bu qərarı əsassız hesab etdiyini bildirib: "Əziz Orucov təkrar edib ki, ittihamları uydurma hesab edir və öz jurnalist fəaliyyətilə əlaqələndirir".

Müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

"Kanal 13" İnternet Televiziyasının rəhbəri Əziz Orucov ötən ilin noyabrın 27-də saxlanılıb. Bakı Şəhər Səbail Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

Forum

XS
SM
MD
LG