Accessibility links

30 il ərzində 3 mindən çox saat toplamış kolleksiyaçı

Ramiz Əliyev 30 il ərzində 3 mindən çox saat toplayıb. Saat kolleksiyasına atasının ölümündən sonra xatirəsini yaşatmaq üçün qərar verib. Saatların bəziləri ona atasından qalıb. Böyük əksəriyyətini isə özü toplayıb.

Onun sözlərinə görə, saatların çoxunu alıb, yenidən təmir edərək normal vəziyyətə gətirib: “Əlbəttə, mənə kim pulsuz verər ki? Pulla almışam. Amma indiki dəyərində deyil. Ucuz almışam. Bəzilərini isə zibillikdən tapıb gətirmişəm”.

Ramiz Əliyevin kolleksiyasında 18-ci əsrdən qalma və tarixi xüsusiyyətlər daşıyan saatlarla yanaşı, masa, divar və cib saatları da var.


XS
SM
MD
LG