İranın Əlborz vilayətinin Savucbulaq şəhərinin Xor kəndinin türk sakini olan Rza Zarekar Apellyasiya Məhkəməsi tərəfindən 5 il 1 ay həbsə məhkum edilib.
Bu barədə hüquq müdafiəçiləri sosial şəbəkədə məlumat yayıb.
O, Əlborz vilayətinin Apellyasiya Məhkəməsinin 12 saylı şöbəsi tərəfindən “müqəddəsləri təhqir etmək” ittihamı ilə 3 il 1 ay, “sistemə qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamı ilə 16 ay müddətinə və "ali dini lideri təhqir etmək" ittihamı ilə 8 ay həbs cəzasına məhkum edilib.
Kərəc İnqilab Məhkəməsi əvvəllər eyni ittihamlarla onu 8 ildən artıq həbs cəzasına məhkum etmişdi.
İran İslam Respublikasının cinayət qanunlarına görə, bir işdə təqsirkar şəxs bir neçə ittihamdan cəza alıbsa, ona verilən ən ağır cəza tətbiq olunmalıdır və bu halda Rza Zarekar üçün 3 il 1 ay həbs cəzası tətbiq ediləcəyi gözlənilir.
Ona qarşı irəli sürülən ittihamlar, onun sosial şəbəkələrdə dərc etdiyi məzmunlarla bağlı olduğu məhkəmə hökmündə qeyd edilib. O, ötən ilin martında həbs edilib və bir neçə həftə sonra Kərəc Mərkəzi Həbsxanasından zaminə buraxılıb.
Forum