Accessibility links

Tramp və Baydenin NATO ilə bağlı mövqeyi Amerikanın dünyada rolu ilə bağlı fikir ayrılıqlarını əks etdirir


Tramp və Baydenin NATO ilə bağlı mövqeyi Amerikanın dünyada rolu ilə bağlı fikir ayrılıqlarını əks etdirir
please wait

No media source currently available

0:00 0:03:14 0:00

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən seçildiyi təqdirdə müdafiə xərcləri hədəflərinə çata bilməyən NATO üzvlərini müdafiə etməyəcəyi barədə açıqlamalarını bir daha təkrarlayıb. Bu, Amerikanın iki prezidenti və onların seçki elektoratı arasında Amerikanın dünyada rolu ilə bağlı fikir ayrılıqlarının daha bir göstəricisidir.

Rusiyanın Ukraynaya hərbi təcavüzündən iki il sonra keçmiş prezident və Respublikaçılar Partiyasından prezidentliyə namizəd olacağı ehtimal edilən Donald Trampın bəyanatı NATO müttəfiqləri tərəfindən şok kimi qarşılanıb.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp: “Böyük bir ölkənin prezidentlərindən biri ayağa qalxıb dedi ki, “ödənişi etməsək və Rusiyanın hücumuna məruz qalsaq, bizi qoruyacaqsınızmı?” Mən dedim ki, “siz pulu ödəməmisiniz, siz günahkarsınız?” O dedi ki, “bəli, tutaq ki, bu, belədir”. Xeyr, mən sizi müdafiə etməzdim. Əslində, mən onları istədiklərini etməyə təşviq edərdim”.

ABŞ prezidenti Co Bayden: “ABŞ-ın keçmiş prezidentinin bunu dediyini təsəvvür edə bilərsinizmi?”

Düşmənlərə qarşı koalisiyaların gücləndirilməsini xarici siyasətinin əsas prinsipinə çevirən prezident Co Bayden sələfinin yanaşmasını tənqid edib.

ABŞ prezidenti Co Bayden: “Tariximizdə heç bir prezident Rusiya diktatoruna boyun əyməyib. Və bunu bacardığım qədər açıq demək istəyirəm: mən bunu heç vaxt etməyəcəyəm. Allah xatirinə, bu ağılsızlıqdır, biabırçılıqdır, təhlükəlidir, amerikalılara yaraşmır”.

Bayden bildirir ki, o, NATO-nun 5-ci maddəsinə uyğun olaraq, üzv ölkələrin kənardan hücum zamanı bir-birlərinə kömək etmələrini tələb edən “müqəddəs öhdəliyi” dəstəkləyir. Bu, yenidən özünün “Amerika Birincidir” şüarı altında təcridçiliyi təbliğ edən Trampla kəskin fikir ayrılığıdır.

Trampın çağırışları müttəfiqlər arasında narahatlığa səbəb olub.

NATO-nun baş katibi Yens Stoltenberq: “Mən gözləyirəm ki, 18 müttəfiq ölkə bu il ÜDM-nin (ümumi daxili daxili məhsulun) 2 faizini müdafiəyə xərcləyəcək. “Bu, yalnız üç müttəfiqin hədəfə çatdığı 2014-cü illə müqayisədə daha bir rekord göstəricidir və altı dəfə artımdır”.

Trampın seçki kampaniyasının baş müşaviri Ceyson Miller Amerikanın Səsinə açıqlamasında bildirib ki, Tramp “müttəfiqlərimizdən ödəniş tələb edərək, NATO-ya xərclərini artırmalarına nail olub”.

Trampın başqa bir müttəfiqi, təqaüddə olan general-leytenant Keyt Kelloq 2 faizlik müdafiə hədəfini yerinə yetirə bilməyən üzvlərin 5-ci maddə ilə müdafiə olunmayacağı “çoxsəviyyəli ittifaq” təklif edib.

Başqaları isə Tramp və onun müttəfiqlərinin siqnallarının təcridçilik siyasətindən kənara çıxdığını və “çəkindirmənin mahiyyəti” ilə ziddiyyət təşkil etdiyini deyir.

Alman Marşal Fondunun təhlilçisi Kristin Berzina: “Tramp bravada yolu ilə xal qazanmağa çalışır. Amerikanın beynəlxalq səhnədə bravadası Amerikanın dostlarına inanılmaz dərəcədə güclü təsir edib.// CUT// Amma bu, bravadanın bir növ əksidir.”

Xarici siyasət ənənəvi olaraq ABŞ seçkilərində əsas məsələ deyil. Lakin Trampın NATO ilə bağlı açıqlamalarından sonra Amerikanın dünyada rolu ilə bağlı daha geniş məsələ seçicilər arasında daha bir fikir ayrılığı mənbəyinə çevrilə bilər.

Ipsos Public Affairs məsləhət şirkətinin eksperti Klifford Yanq: “Bu, çox siyasiləşib, Tramp tərəfindən bazasını gücləndirmək üçün istifadə olunur. Lakin amerikalılar arasında alyansın özünün vacib olduğuna dair fundamental anlayış var”.

Qlobal Məsələlər üzrə Çikaqo Şurasının oktyabrda keçirdiyi sorğuya əsasən, respublikaçıların yalnız 50 faizi ABŞ-ın transatlantik alyanslardan faydalanacağına inanır. Bu rəqəm demokratlar arasında 80, müstəqillər arasında isə 63 faizdir.

Forum

XS
SM
MD
LG