Accessibility links

Müxalifət partiyaları Rəsulzadənin Novxanı kəndindəki abidəsini ziyarət ediblər


Müxalifət partiyaları Rəsulzadənin Novxanı kəndindəki abidəsini ziyarət ediblər
please wait

No media source currently available

0:00 0:03:01 0:00

Müxalifət partiyaları Rəsulzadənin Novxanı kəndindəki abidəsini ziyarət ediblər

Yanvarın 31-də müxalifət partiyaları Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümünü münasibəti ilə Bakının Novxanı kəndindəki abidəsini ziyarət ediblər.

Kəndin girişindən heykələ qədər davam edən yürüşdə, “Azərbaycan”, “Məhəmməd Əmin Rəsulzadə” şüarları səsləndirilib.

Anım tədbirində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından, onların dövlətçilik tarixindəki rolundan danışılıb.

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, Rəsulzadə Novxanıda yaşayarkən Azərbaycanın azadlığı və müstəqil dövlətçiliyi uğrunda mübarizəyə başlayıb:

Müsavat Partiyasının başqanı Arif Hacılı
Müsavat Partiyasının başqanı Arif Hacılı

“O, öz istedadı, öz bacarığı, zəhmətsevərliyi ilə Azərbaycan üçün çox böyük işlər görüb. O, yalnız bir ideoloq deyil. Məhəmməd Əmin Rəsulzadə böyük siyasi xadim, çox savadlı alim, Azərbaycan xalqının yoluna daim işıq salan ziyalı idi”.

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər öz çıxışında dünyada Rəsulzadənin siyasi irsinə böyük maraq olduğunu vurğulayıb:

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər
Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər

"Bu kənd Azərbaycana Məhəmməd Əmin Rəsulzadə kimi bir şəxsiyyət bəxş edib. Bu şəxsiyyət təkcə Azərbaycanın tarixinin deyil, ümumiyyətlə bu bölgənin ən önəmli şəxsiyyətlərindən biridir. 17-18 yaşlarından ömrünün son anlarına qədər millətimiz, azadlıq, ləyaqət uğrunda mübarizə aparıb".

Azərbaycan Xalq Cəbhəsi Partiyası da Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edib.

Partiya sədri Əli Kərimli çıxışında bildirib ki, bu gün Rəsulzadənin xatirəsini ləkələməyə çalışan "İmperiya qüvvələri" var:

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli

“Tariximizdə Məhəmməd Əmin Rəsulzadə qədər şərə, böhtana, nüfuzdansalma kampaniyalarına məruz qalan ikinci siyasətçimiz yoxdur.” 70 il Sovet hakimiyyəti, ondan sonra da 30 il ərzində Əliyevlər hakimiyyəti onu nüfuzdan salmaq üçün hər şeyi etdilər.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olub. Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib.

Mühacirətdə olarkən Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə 1953-cü il mayın 28-də Amerikanın Səsi radiosu vasitəsilə Azərbaycan xalqına müraciət edib.

Rəsulzadə 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib və Ankara Əsri qəbristanında dəfn edilib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG