Accessibility links

“Hökumət öhdəliklərini yerinə yetirmək əvəzinə öz tənqidçilərini susdurmağa çalışır”


Yanvarın 31-də bir sıra yerli KİV-lərdə "Abzas Media" internet nəşri, Toplum.tv internet televiziyası və Bakı Jurnalistika Məktəbi, Jurnalistləri Müdafiə Komitəsi (ABŞ) ilə bağlı ittihamedici məqalələr dərc edilib. Məqalələrdə iddia olunur ki, Qərb institutları Azərbaycanda seçki və başqa məsələlərlə bağlı "təxribatlar hazırlayır" və adları sadalanan qurumlar bunun üçün müxtəlif adlar altında maliyyələşdirilir.

Qafqazinfo.az saytı bildirir ki, ABŞ Dövlət Departamenti Xarici Əməliyyatlar və Əlaqədar Proqramları üzrə Qlobal Media Agentliyinə (USAGM) illik maliyyə ayırır. USAGM isə öz növbəsində, qrant ayırmaları adı ilə OTF (Açıq Texnologiyalar Fondu) adlı təşkilatı maliyyələşdirir. OTF isə adı çəkilən qurumlara qrantlar ayırır.

Məqalələrdə Toplum.TV-nin rəhbəri Xədicə İsmayılın, AİW-nin (Azerbaijan Internet Watch) rəhbəri Arzu Qeybullanın, III Respublika Platformasının spikeri Akif Qurbanovun adları sadalanır.

III Respublika Platformasının spikeri Akif Qurbanov Amerikanın Səsinə bildirib ki, onunla bağlı yazılanların heç bir əsası yoxdur.

Akif Qurbanov: Sadəcə qarayaxmadır
please wait

No media source currently available

0:00 0:03:35 0:00

“Onlar sadəcə qarayaxmadır. Guya bu yazılarla bizi qorxu altında saxlamaq istəyirlər. Şəxsən məni yox, daha çox bizimlə ünsiyyətdə olan insanları qorxu altında saxlamaq istəyirlər. Sadəcə olaraq bizimlə cəmiyyətin geniş ünsiyyət qurmasına mümkün qədər baryer yaratmaq istəyirlər. Ümumiyyətlə isə cəmiyyətdə xofu artırmaq məqsədi daşıyır. Həm də öz arşınları ilə guya bizim etimadımızı sarsıtmaq istəyirlər. Onların təbirincə desək, bizim arxamızda guya gizli məqamlar var”, o qeyd edib.

Qurbanov hesab edir ki, hökumət öhdəliklərini yerinə yetirmək əvəzinə öz tənqidçilərini susdurmaq məqsədi daşıyan bu cür yazılar dərc etdirməklə insanların düşüncəsini qarışdırmağa çalışır.

“Bu cür yazılarıın heç biri fayda verən deyil. Əgər rəsmi ittihamları varsa buyurub irəli sürsünlər. Yazılan məqalələr hər hansı bir fakta söykənmir. Oradakı yazılanların da cavab veriləcək dəyəri yoxdur. Yəni hər hansı bir fakt səsləndirlimir. Ümumi sözlərdir”.

Qurbanov həmçinin hökumətin diqqətinin jurnalist araşdırmalarında yer alan korrupsiya faktlarına yönəlməli olduğuna diqqət çəkib.

“Hökumətin özü öz məmurunu korrupsiya ilə məsuliyyətə cəlb edir. Amma bu halda siyasi məsuliyyətdən söz açmır. Jurnalist araşdırmalarında yüksək vəzifəli şəxslərin korrupsiya əməlləri ilə bağlı ortaya çıxarılan faktların isə heç ibtidai istintaqı belə aparılmır”, o qeyd edib.

Toplum.tv-nin rəhbəri Xədicə İsmayıl bildirib ki, o qanunsuz işlər görmür.

Xədicə İsmayıl: Heç olmasa keyfiyyətli bir yalan uydursunlar
please wait

No media source currently available

0:00 0:00:54 0:00

“Bunların hamısı uydurmadır. O uydurmalara xərclənən vəsait ki var, heç olmasa keyfiyyətli bir yalan uydursunlar”, o qeyd edib.

Jurnalist bildirib ki, ölkədə o qədər çox hüquqi proseslər var ki, vəkillərin vaxtını belə işlərə görə almaq istəmir.

“Məsləhətləşib baxacağıq ki, bununla bağlı məhkəməyə müraciət edək, ya yox. Sadəcə yazılanalar o qədər yalandır, o qədər boş şeylərdir ki, adam enerjisini belə şeylərə sərf etmək istəmir”, o qeyd edib.

Forum

XS
SM
MD
LG