Accessibility links

Nyu Yorkda 17, 18 və 19-cu əsrlərə aid Azərbaycan xalçalarının sərgisi keçirilib


Nyu Yorkda Azərbaycan xalqçalarının sərgisi (Mənbə: Amerika-Azərbaycan Ticarət Palatası)
Nyu Yorkda Azərbaycan xalqçalarının sərgisi (Mənbə: Amerika-Azərbaycan Ticarət Palatası)

ABŞ-Azərbaycan Ticarət Palatası Nyu Yorkdakı Türk Evində unikal şəkildə qorunub saxlanılan antik Azərbaycan xalçalarının qeyri-adi kolleksiyasından ibarət sərgiyə ev sahibliyi edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

ABŞ-Azərbaycan Ticarət Palatasının məlumatında isə deyilir ki, ABŞ-ın Boston şəhərindən olan azərbaycanlı kolleksiyaçı Əmir Oskoueinin səyləri sayəsində Səfəvilər dövrünə aid Azərbaycan xalçalarının zəngin irsi gözəl şəkildə nümayiş etdirilib.

“İştirakçılar 17, 18 və 19-cu əsrlərə aid heyrətamiz xalçaların ecazkar gözəlliyinə heyran oldular. Lütfkar ev sahiblərimizə minnətdarlıq əlaməti olaraq, cənab Oskoueinin kolleksiyasının bir hissəsi olan 16-cı əsrin sonu və 17-ci əsrin əvvəllərinə aid Qərbi Anadolu Uşak xalçasının qalan parçasını Türk Evinə təqdim etməkdən çox məmnun olduq”, məlumatda qeyd edilir.

Forum

XS
SM
MD
LG