Accessibility links

ABŞ Yaxın Şərqdə İranın dəstəklədiyi qrupların mövqelərinə yeni zərbələr endirib


ABŞ Yaxın Şərqdə İranın dəstəklədiyi qrupların mövqelərinə yeni zərbələr endirib
please wait

No media source currently available

0:00 0:03:34 0:00

ABŞ hərbi qüvvələri çərşənbə axşamı günü İraqın qərbində İranın dəstəklədiyi “Kətaib Hizbullah” militant qruplaşmasının istifadə etdiyi üç obyektə zərbələr endirib. Bu, militant qrupların oktyabrın ortalarından bəri İraq və Suriyada ABŞ qüvvələrinə 150-dən çox zərbə endirməsindən sonra Birləşmiş Ştatların ən son cavab zərbələridir. HƏMAS-a qarşı müharibədə İsraili və Rusiyanın hərbi təcavüzünə qarşı mübarizədə avropalı tərəfdaşı Ukraynanı dəstəklədiyi bir vaxt Birləşmiş Ştatların tezliklə Yaxın Şərqdə yeni müharibəyə cəlb oluna biləcəyi ilə bağlı narahatlıqlar artır. Daha ətraflı Amerikanın Səsinin Pentaqonun müxbiri Karla Bab məlumat verir.

İraqdan tutmuş Yəmənə qədər ABŞ qüvvələri bəzi hallarda Britaniya qüvvələrinin də köməyi ilə İranın dəstəklədiyi qruplara cavab zərbələri endirir.

Husilər bildirdikləri kimi, Qəzzada HƏMAS-a qarşı müharibəyə cavab olaraq Qırmızı dəniz və Ədən körfəzində beynəlxalq gəmilərə 30-dan çox hücum təşkil ediblər, lakin onların hücumlarının çoxu İsraillə əlaqəsi olmayan gəmiləri hədəf alıb.

Bu həftə Yəməndə hücumlar zamanı silah və radar obyektlərinə, eləcə də ABŞ-ın beynəlxalq gəmilərə qarşı atılmağa hazır olduğunu bildirdiyi raketlərə zərbələr endirilib.

Pentaqonun mətbuat katibi, general-mayor Pat Rayder: “Burada məqsədimiz Qırmızı dənizin beynəlxalq gəmiçilik və dənizçilər üçün təhlükəsiz olmasını təmin etməkdir. Bizim yeganə məqsədimiz budur.”

Beynəlxalq ictimaiyyət zorakılığa dərhal son qoymağa çağırır.

BMT-nin baş katibi Antonio Quterreş: “Mən bütün tərəfləri uçurumdan geri çəkilməyə və regional münaqişənin insan həyatı üçün dəhşətli nəticələri haqda düşünməyə çağırıram.”

Ağ Ev bildirir ki, regional münaqişə ABŞ, Böyük Britaniya və digər müttəfiqlərin bu zərbələrlə məhz qarşısını almağa çalışdıqları şeydir.

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi: “Əgər kimsə ilə probleminiz varsa və onun bir və ya hər iki əlini arxasına bağlamağın yolunu tapa bilirsinizsə, bu, vəziyyəti daha da gərginləşdirmir. Bu deeskalasiyadır. Bu, qarşı tərəfin zərər vurma qabiliyyətini əlindən alır.”

Demokratiyaları Müdafiə Fondunun təhlilçisi Brad Bouman: “Regional müharibə istəməmək və regional müharibədən qaçmağa çalışmaq üçün mühüm məqamlardır. Ancaq belə görünür, artıq [münaqişə] var.”

Demokratiyaları Müdafiə Fondundan Brad Bouman deyir ki, ABŞ Yaxın Şərqdə İranın etibarlı etdiyi qüvvələrə kifayət qədər sərt zərbə endirmir.

Demokratiyaları Müdafiə Fondunun təhlilçisi Brad Bouman: “Onlar dəfələrlə amerikalıları öldürməyə çalışıblar. Daha çox amerikalı arasında itki verməməyimizin yeganə səbəbi özümüzü müdafiə etmək üçün tədbirlər görməyimiz və bəxtimizin gətirməsidir”.

O həmçinin deyir ki, ABŞ-ın zəif cavabı əsas təcavüzkarı - İranı nəzərə almır.

Demokratiyaları Müdafiə Fondunun təhlilçisi Brad Bouman: “Biz Husilər, HƏMAS və ya Hizbullah haqqında nə qədər çox danışırıqsa, onların ustası olduğu İranın böyük strategiyasında alətə çevrilirik. Onlar öz marionet “kuklaları” ilə bizə hücum edirlər. Onlar öz hərəkətlərini öz marionetləri vasitəsilə gizlədirlər, sonra biz əks zərbəsi endirdikdə biz kukla ustasını yox, kuklanı vururuq”.

Konqres ABŞ-ın İsrail Müdafiə Qüvvələrinə əlavə maliyyə ayrılmasını, eləcə də Rusiyanın hərbi təcavüzünə qarşı təxminən iki ildir müharibə aparan Ukraynaya daha çox maliyyə ayırmasını dayandırdığı bir vaxt gərginlik daha da artır.

Bu ayın əvvəlində xəstəxanaya yerləşdirilən ABŞ Müdafiə naziri Lloyd Austin Pentaqonun Kyivə göndərmək üçün Konqres tərəfindən təsdiqlənmiş vəsaitinin tükənməsindən sonra Ukraynanın Müdafiəsi üzrə Əlaqə Qrupunun bu həftə ilk iclasında onlarla ölkənin nümayəndəsini qəbul edib. Qrup koordinasiyalı hərbi dəstəyi davam etdirməyi hədəfləyir.

(Jurnalist kamera arxasında sual verir)

“Cənab səfir, Ukrayna bu müharibədə qalib gələ bilərmi?”

Ukraynanın BMT-dəki səfiri Sergiy Kislitsa: “Ukrayna bu müharibədə qalib gələcək, təkcə Ukrayna deyil, bütün demokratik dünya”.

ABŞ hazırda Arizona ştatında ukraynalı pilotlara F-16 təyyarələrində təlim keçərək, əlavə imkanların Ukraynaya sağ qalmaq uğrunda mübarizədə üstünlük verəcəyinə ümid edir.

Rusiyanın çərşənbə axşamı genişmiqyaslı hava hücumu nəticəsində bir neçə nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.

Forum

XS
SM
MD
LG