Accessibility links

Bakıda regionda hava hərəkətinin idarə olunması məsələləri müzakirə olunub


CANSO, Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin aeronaviqasiya qurumlarının rəhbərlərinin sammiti keçirilib (Mənbə: AZAL)
CANSO, Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin aeronaviqasiya qurumlarının rəhbərlərinin sammiti keçirilib (Mənbə: AZAL)

Yanvarın 23-25-də Bakıda Mülki Hava Naviqasiya Xidmətləri Təşkilatının (CANSO) himayəsi altında Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan) aeronaviqasiya qurumlarının rəhbərlərinin ilk sammiti keçirilir.

Tədbir Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərbaycan Hava Yolları” QSC-nin birgə təşkilatçılığı ilə baş tutub.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin məlumata görə, yanvarın 24-də keçirilən görüşdə CANSO-nun baş direktoru Saymon Hokard, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Enver İskurt, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti vəzifəsini icra edən Samir Rzayev, həmçinin aviasiya qurumları və aeronaviqasiya xidmətlərinin rəhbərləri çıxış edib.

“Sammitdə regionda hava hərəkətinin inkişafı və idarə olunması məsələləri müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq uçuşların təhlükəsizliyinə və birgə fəaliyyətin səmərəliliyinin artırılmasına yönəlmiş müvafiq qərarlar qəbul edilib”, məlumatda qeyd edilir.

Mətbuat xidməti bildirir ki, sammit proqramı çərçivəsində iştirakçıların “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) fəaliyyəti, o cümlədən yeni texnologiyalar və regionda aviadaşımaların təhlükəsizliyinin təmin edilməsi tədbirləri ilə tanışlığı nəzərdə tutulub.

Məlumatda deyilir ki, digər ölkələrin aviaşirkətləri yüksək keyfiyyətli xidmət və Avropa ilə Asiya arasında mühüm hava marşrutlarının kəsişməsi səbəbindən Azərbaycanın hava məkanına böyük maraq göstərir.

“Belə ki, ölkə ərazisi üzərindən tranzit uçuşların sayı orta hesabla ayda 15 min təşkil edərək sürətlə artmağa davam edir”, məlumatda qeyd edilir.

CANSO aeronaviqasiya xidməti təminatçılarını birləşdirən beynəlxalq təşkilatdır. Azərbaycan 2005-ci ildən bu təşkilatın üzvüdür.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG